Dekabrın 20-də Sumqayıtdakı S.Vurğun adına mərkəzi kitabxanada “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəylinin oxucularla görüşü keçirilib. Əli Kərim adına Sumqayıt poeziya klubunun təşkilatçılığı ilə keçirilən görüşdə Sumqayıt Şəhər MKS-in direktoru Yeganə Əhmədova yazıçının həyat və yaradıcılığı barədə məlumat verib. Səmimi dialoq, sual-cavab üzrərində qurulan görüşdə yazıçının “ Balıq adam”, “Tut ağacı boyunca”, “Don Juan”, “Yovşan qağayılar” romanları, eləcə də çoxsaylı pyes, hekayə və publisistik məqalələri ətrafında fikir mübadiləsi aparılıb. E.Hüseynbəyli yeni yaradıcılıq planlarından danışıb.