Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 175 nömrəli tam orta məktəblə birlikdə Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxışçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizdən, bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən danışıblar.
Sonda “Unudulmaz qəhrəmanlar” adlı mühazirə dinlənilib, film nümayiş olunub.