Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.

21-24 oktyabr tarixlərində keçiriləcək “Muğanda kino günləri” adlı budəfəki aksiya İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarını əhatə edəcək.

Tamaşaçılar müasir Azərbaycan kinosunun seçilmiş nümunələrindən “Suğra və oğulları” (rejissor İ.Nəcəf) “Mən burdayam, ilahi” (rejissor Q.Əsgərov) tammetrajlı bədii filmlərini izləyəcəklər.

Bundan əlavə, kinosevərlərin “Tənha insanın monoloqu” (E.Əfəndiyev) “Titrəmə” (A.Amal), “Qırmızı” (T.Tahiroviç) qısametrajlı bədii, film, “İlkin şəhid” , “Atam, anam, bir də mən” (hər ikisi İ.Hacılı) və ”Evsiz qalmış ay” (Atanur Nəbiyeva) qısametrajlı sənədli filmlərinə baxmaq imkanı olacaq.

Nümayişlərə giriş ödənişsizdir.