Muzey və mərkəzlərin əməkdaşları üçün treninq

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixi və mədəni irsin mühafizəsində ekoloji mühitin qorunması” mövzusunda treninq keçirilib.

21-23 oktyabr tarixlərini əhatə edən treninq bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə təşkil olunub. Treninqdə baş idarənin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin baş fond mühafizəçiləri və elmi işçilər iştirak ediblər.

Tədbirlər 21 və 22 oktyabr tarixlərində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, oktyabrın 23-də isə Nəriman Nərimanovun Xatirə Muzeyində gerçəkləşib.

Treninqdə “Ekoloji dəyişikliklərin muzey mühitinə təsiri”, “Muzey uçot sənədlərinin normativ tərtibatı”, “Müasir muzeylərdə ekoloji problemlərin araşdırılması”, “Keramika nümunələrinin mühafizə problemləri” və digər mövzularda müzakirələr aparılıb.