Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz – şərəfimiz” adlı bədii qiraət müsabiqəsi keçirilib.

4–5 noyabr tarixlərində keçirilən müsabiqədə Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı və rayon teatrlarının artistləri, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən qiraətçilər və iki müstəqil iştirakçı çıxış ediblər.

Çıxışları Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Əməkdar artist Azad Şükürov, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və ATXİ-nin məsul katibi Aidə Qafarovanın daxil olduğu münsiflər heyəti qiymətləndirib.

Müsabiqənin nəticələri barədə növbəti sayımızda.