Dekabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli rəqqasə və xoreoqraf Əminə Dilbazinin (1919-2010) 105 illiyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artistlər –baletmeyster Ceyhun Qubadov, xormeyster Naala Baratelia) solistlər – Əməkdar artistlər Günel Şeyxova, Elnur Süleymanov, Nigar Əhmədova, Nigar Rzayeva, Almaz Orucova, Nigar Hüseynova, Orxan Əliyev, Ramin Hüseynov, Xəyal Pənahov, Anastasiya Matsveyko, Vəfa Orucova, Ayşən Mehdiyeva, Rəvanə Qurbanova, həmçinin aşıq Mübariz Əliyev və Firdovsi Eyvazov çıxış ediblər.
Proqramda Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib, rəngarəng rəqslər ifa olunub.