M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin qala-konserti keçirilib.

Dekabrın 19-da gerçəkləşən konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Piccolo Tutti” orkestri (bədii rəhbər – Teymur Göyçayev), “Festival” orkestri (dirijor – professor Robert Canetti, İsrail) və konsertmeysterlər – Tomris Hüseynova, Aqşin İsmayılov və İrina Mehdiyevanın müşayiəti ilə solistlər – I yer və Qran-pri laureatları Kamilla Hüseynli (Azərbaycan), Ananiya Baladji (Hindistan), Elmira Dadaşova, Yuliya Dubek (Polşa), Amaliya Əliyeva, İvan Abdelmalak (İsrael), Minə Göyçayeva, Sultan Kərimov, Amina Axmedjanova (Qran-pri, Qazaxıstan) çıxış ediblər.

Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.