Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 100 illiyi və “Xan evi” kimi tanınan binanın tikilməsinin 111 illiyi münasibətilə “Vətən tarixi ədəbi əsərlərdə” adlı tədbir keçirilib.

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə açılış sözü söyləyən muzeyin direktoru tarix üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin dosenti Leyla Məcidova muzeyin və binanın tarixi ilə bağlı geniş məlumat verib.

Daha sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusifli, muzeyin yaradıcısı Mirzə Ağaəli Əliyevin nəvəsi Kübra Süleymanova hər iki əlamətdar tarixlə bağlı fikir və düşüncələrini bölüşüblər.

Sonda mərkəzin “Babalar” xor kollektivinin ifa etdikləri Lənkərana həsr olunan şeirlər və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.