Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ölkəmizdə fəaliyyət göstərən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin sabiq rəhbəri Henning Tvesten və cəmiyyətin yeni rəhbəri Sonya Fontaynla görüş keçirilib.
Görüşdə rektor Cəfər Cəfərov tədris ocağı barədə danışıb, tədris siyasəti, qarşıda duran vəzifələrdən söz açıb. Təhsil ocağı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında indiyədək görülən işlər təhlil edilib, mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Fəxriyyə