Ölkəmizin Polşadakı səfirliyinin və “Azərbaycan Mədəniyyət Mərkəzi” cəmiyyətinin təşəbbüsü ilə Varşavadakı Y.Yaşinski adına 72 nömrəli orta məktəbdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş poeziya gecəsi keçirilib.
   Poeziya gecəsində çıxış edən səfir Həsən Həsənov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib. “Azərbaycan Mədəniyyət Mərkəzi” cəmiyyətinin sədri Şəhla Kazımova, cəmiyyətin üzvü Bojena Kozak tədbirin əhəmiyyəti haqqında danışıblar.
   “Paradoks” teatrının rejissoru Rişard Yakubişak Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından söz açıb. Rejissorun rəhbərliyi altında “Bay” kukla teatrının aktyorları və orta məktəbin şagirdləri tərəfindən hazırlanmış “Makedoniyalı İsgəndərin Bərdə hakimi Nüşabə ilə görüşü” səhnəsi göstərilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar