Qazaxıstanın paytaxtı Astana şəhərinin 2012-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı müxtəlif mədəniyyət tədbirləri keçirilir. Bu silsilədən növbəti tədbir Qazaxıstan Milli Kitabxanasında təşkil edilən kitab sərgisi olub. “Astana türk dünyasının mədəniyyət paytaxtıdır” adlı kitab sərgisinin keçirilməsində məqsəd türkdilli xalqların tarixi-mədəni irsinin, o cümlədən ədəbiyyatı, incəsənəti və mədəniyyətinin təbliğ edilməsi və öyrənilməsidir. Sərgidə TÜRKSOY-un fəaliyyəti ilə əlaqədar xüsusi bölmə də yaradılıb.
   Kitab bayramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, həmçinin Rusiyanın türkdilli subyektlərindən, Moldovanın Qaqauz elindən gətirilmiş müxtəlif sahələri əhatə edən iki mindən artıq kitab nümayiş etdirilir.
   Sərginin Azərbaycan bölməsində ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə əlaqədar müxtəlif kitab və albomlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan islahatlara dair nəşrlər, həmçinin ölkənin tarixi, adət-ənənələri, mədəniyyəti və incəsənəti ilə bağlı kitablar, yazıçılarımızın əsərləri geniş nümayiş olunub. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar