Çin yazıçısı Mo Yan 2012-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Çinin ən məşhur yazıçılarından olan Mo Yan (əsl adı Quan Moe) 1955-ci ildə anadan olub. Yazıçı tez-tez senzuraya məruz qaldığından, əsərləri pirat üsullarla oxuculara çatdırılıb. 1987-ci ildə lentə alınan “Qırmızı darı tarlaları” filmi onun iki romanının motivləri əsasında çəkilib. Ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən verilir. Mükafatın təqdimetmə mərasimi Stokholmda Alfred Nobelin anadan olmasının ildönümündə - dekabrın 10-da keçirilir. Mükafat 4 dəfə (1904, 1917, 1966, 1974) eyni vaxtda iki yazıçıya verilib. İndiyədək mükafatı ümumilikdə 108 ədib alıb.