İyunun 8-də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda Koreya milli mətbəxi festivalı keçirilib. 5 saylı “ASAN xidmət” mərkəzində gerçəkləşən tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə təşkil olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olduğunu və bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakıda təşkil edilən Koreya milli mətbəxi festivalı da bu baxımdan əlamətdar hadisədir.
Kulinariyanın hər bir ölkənin mədəniyyət sahəsinin mühüm tərkib hissəsi olduğunu vurğulayan nazir son zamanlar ölkəmizdə bu istiqamətdə reallaşan festivalları yüksək qiymətləndirib. Azərbaycanla Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan nazir deyib: “Milli mətbəxsiz xalqların mədəniyyətini təsəvvür etmək mümkün deyil. Bu həm də adət-ənənə deməkdir. Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin inkişaf etməsində belə tədbirlərin xüsusi əhəmiyyəti var. Bu festivalın “Multikulturalizm ili” çərçivəsində keçirilməsi sevindirici haldır”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Gyu çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Bildirib ki, belə tədbirlər, xalqların bir-birinin milli mətbəx ənənələri ilə tanış olması ilə yanaşı, ölkələrarası mədəni əlaqələrinə də müsbət təsir edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov festivalın “ASAN xidmət” mərkəzində təşkil olunmasını yüksək qiymətləndirib, bu qəbildən tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayıb. Qeyd olunub ki, Azərbaycan multikultural ənənələrin bərqərar olduğu ölkə kimi hər zaman öz mədəniyyəti ilə yanaşı, başqa xalqların mədəniyyətinə də hörmətlə yanaşır.
Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək ölkəmizdə Koreya mətbəxinin təqdim olunmasının artıq ənənəvi hal aldığını bildirib. Vurğulayıb ki, belə tədbirlər qarşılıqlı olaraq mətbəx mədəniyyətimizin inkişafına yardım edir. Festivalın keçirilməsində məqsəd həm də adət-ənənələrin qarşılıqlı təbliği və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.
Tahir Əmiraslanov festivalda iştirak edən koreyalı aşpazlara Azərbaycan Kulinariya Assosiasiyasının diplom və hədiyyələrini, eləcə də Azərbaycan kulinariyası haqqında kitablar təqdim edib.
Festivalda Koreyanın milli mətbəx nümunələrini əks etdirən yeməklər nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar