Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı bulvarında təşkil edilən açıq havada rəqs məkanı 2 iyul tarixindən fəaliyyətə başlayacaq. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur. Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdiriləcək. Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.