Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, xarici ölkələrə turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətin turist vauçerini, səfərlə bağlı ödəniş sənədlərini, eləcə də “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bəzi turizm şirkətləri vətəndaşlara turizm məhsulunu təqdim edərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət etmir və bu da vətəndaşlarda çaşqınlıq yaradır.
Belə halların qarşısının alınması məqsədilə nazirlik “Turizm haqqında” qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq hazırlanmış müqaviləni mütləq şəkildə tələb etməyi tövsiyə edir.
Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır:
turist (alıcı) haqqında turizm məhsulunun satışı üçün zəruri olan həcmdə məlumat;
səyahətin proqramı və marşrutu barədə məlumat göstərilməklə turizm məhsulunun istehlak xassələri, turistlərin təhlükəsizlik şərtləri, turizm məhsulunun sertifikatlaşdırılmasının nəticələri haqqında düzgün məlumat.
Tərəflərin hər birinin, səyahət vaxtı şəraitin əsaslı dəyişikliyi ilə əlaqədar olaraq, müqaviləni dəyişdirməyi və ya onu pozmağı tələb etmək hüququ var.
Həmçinin, turizm şirkəti tərəfindən təqdim edilən müqavilənin şərtlərinin diqqətlə oxunduqdan sonra imzalanması tövsiyə olunur.