Quba Turizm İnformasiya Mərkəzi (QTİM) və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə səyi ilə Mərkəzi kitabxananın uşaq qiraət zalında və ümumi fondunda “Turizm masası” təşkil olunub.
Masada QTİM-in nəşrləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri, Qubada fəaliyyət göstərən istirahət mərkəzlərinin tanıtım bukletləri, Quba Soyqırımı Memorial Kompleksinə aid nəşrlər sərgilənir.
Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini) inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan Quba rayonunun da turizm potensialı böyükdür. “Turizm masası”nın yaradılması kitabxanaya gələn oxucuların turizm sektoruna marağının artırılması, bölgənin turizm imkanlarının təbliği məqsədi daşıyır.