Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası oktyabrın 12-dən 14-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Health&Medical Tourism 2016” sərgisində təmsil olunacaq.
Sərgidə Naftalan, Yengicə (Qəbələ), Qalaaltı (Şabran) , Duzdağ (Naxçıvan) sağlamlıq turizmi müəssisələri öz məhsulları ilə iştirak edəcəklər. Sərginin birinci günü “Azərbaycanda müalicəvi turizm” mövzusunda konfrans, B2B formatlı ikitərəfli görüşün təşkil olunması nəzərdə tutulub.