Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb.
Jurnalın yeni sayında yer alan məqalələrdə ölkədə turizmin inkişaf perspektivləri, ayrı-ayrı regionlarda turizm potensialının qiymətləndirilməsi, turizmin inkişafında beynəlxalq əməkdaşlığın rolu, turizm infrastrukturunun müasir vəziyyəti, o cümlədən iqtisadi baxımdan dəyərləndirilməsi məsələləri geniş şəkildə təhlil olunub.