Noyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Bu sənədlərdən biri də Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında birgə fəaliyyət haqqında sazişdir. Sənəd Quba Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev və “Dərbənd 2000” Turizm Mərkəzinin direktoru vəzifəsini icra edən Polad Nemətullayev imzalayıb.
Sazişdə iki turizm mərkəzinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi və genişləndirilməsi, bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan maddələr yer alıb.
Regionlararası foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək iştirakçı qatılıb.