Yanvarın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qətran Təbrizi-1000” kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən kitabın müəllifi, Yazıçılar Birliyinin “İrs” komissiyasının rəhbəri, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal XI əsrin görkəmli şairi Qətran Təbrizinin həyat və yaradıcılığının hələ dəqiq araşdırmalara ehtiyacı olduğunu bildirib.
   Qeyd olunub ki, Q.Təbrizi dövrünün böyük siyasi xadimi, şairi və lüğətçi alimi kimi tanınıb. XI əsrin 50-ci illərində tərtib edilmiş ilk fars izahlı lüğətinin müəllifi məhz azərbaycanlı mütəfəkkir alim və şairdir.
   Nəşrdə XX əsrin ədəbiyyatşünas alimlərinin Q.Təbrizi haqqında yazdıqları elmi məqalələr verilib. “MBM” nəşriyyatında çapdan çıxan kitabın redaktoru tarix elmləri doktoru Tahirə Həsənzadədir.
   Tədbirdə filologiya elmləri doktoru Asif Rüstəmzadə, filologiya üzrə fəlsəfə doktoru Lalə Əlizadə və başqaları kitabın ali və orta məktəblər üçün dərs vəsaiti kimi istifadə edilməsinin vacibliyini vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar