Sentyabrın 15-də Sumqayıt şəhərində Üzeyir Hacıbəylinin abidə kompleksinin təntənəli açılışı oldu. Açılış mərasimini şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev açaraq Sumqayıtın mədəni həyatında əlamətdar hadisənin yaşandığını vurğuladı: “Üzeyir sənəti hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Onun ecazkar musiqisi hər bir azərbaycanlı üçün ana laylası qədər əzizdir”.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkarın 125 illik yubileyi ərəfəsində belə bir abidənin açılmasının önəmini qeyd edərək Azərbaycan professional musiqisinin banisi Üzeyir bəyin yubileyinin hər kənddə, hər şəhərdə qeyd olunduğunu, silsilə tədbirlərin Fransada, Avstriyada, Almaniyada və dünyanın bir çox ölkələrində qeyd olunacağını bildirdi. “Bu gün Sumqayıtda həm Üzeyir bəyin abidəsinin açılışında iştirak edirik, həm də ilk dəfə milli teatrımızın 138-ci teatr mövsümü bu şəhərdə açılır. Belə düşünürəm ki, məhz bu gün Üzeyir bəyin abidəsinin açılması rəmzi bir xarakter daşıyır. Çünki milli teatrımızı Üzeyir Hacıbəylisiz təsəvvür etmək mümkün deyil”.
   Mərasimdə Sumqayıt şəhərindəki 2 nömrəli İncəsənət Məktəbinin xalq çalğı alətləri orkestri və vokalçılar tərəfindən dahi bəstəkarın əsərləri ifa edildi.
   Üzeyir Hacıbəylinin abidə kompleksi Sumqayıtda böyük bəstəkarın adını daşıyan küçədəki xiyabanda inşa edilib. Xiyabanın eni - 23 metr, ərazinin uzunluğu - 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.
   Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəylinin abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 metrdir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar