Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və dövlət başçısının göstərişi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilmiş iclasında verilmiş tapşırıqlarla bağlı Mədəniyyət və Turizm Nazirliyində geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi yarandığı gündən mədəniyyət və turizm sahələrində dövlət siyasətinin ardıcıl surətdə həyata keçirilməsinin təmin olunması üçün konkret tədbirlər görüb, bir çox uğurlu nəticələr əldə edib. Ölkə rəhbərliyinin mədəniyyət və turizm sahəsinin inkişafına xüsusi qayğı və dəstəyini qeyd edən nazir, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin 5 illiyinin tamam olduğunu və bu münasibətlə keçirilən tədbirdə ictimaiyyətə geniş məlumat verildiyini diqqətə çatdırıb. Nazir ölkə başçısı tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunmasının bu sahədə çalışan hər kəsin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib.
Nazir xüsusi qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan idarələrin, şöbələrin, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın artırılması günün mühüm tələblərindəndir. Kollegiya iclasında mədəniyyət və turizm sahələrində mövcud olan müəyyən problem və çatışmazlıqlar da müzakirə olunub, nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib və müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.