Serik Primbetov,
   Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

   
   Aprelin 7-dən 9-dək Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əhəmiyyət kəsb edən olduqca mühüm hadisədir. Bu sözləri jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.
   Səfir gündən-günə daha da möhtəşəm görkəm alan Azərbaycan paytaxtının belə bir mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakı belə bir mötəbər Dünya Forumuna ev sahibliyi etməklə beynəlxalq miqyasda mədəniyyətlər və konfessiyalararası dialoqun ənənəvi məkanına çevriləcək.
   Səfir S. Primbetov Qazaxıstanın Forumda Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.