Avropa Şurasının keçmiş baş katibi Valter Şvimmer Bakı Forumu barədə təəssüratını qəzetimizə bölüşdü:
- İlk öncə sivilizasiyalı cəmiyyət sahəsində Azərbaycanın əldə etdiyi uğuru qeyd etmək istəyirəm. Azərbaycanın təşkil etdiyi bu tədbir mədəni müxtəlifliyə, mədəniyyətlərarası dialoqa həsr olunmuş mühüm məsələlərə aiddir. Hesab edirəm ki, mədəniyyətlərarası münasibətlərdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaq, universal dəyərlərin bölüşdürülməsi ilə inkişafa doğru getmək əsas məqsəd olmalıdır. Fikrimcə, bunun yeganə yolu elə mədəniyyətlərarası dialoqun qurulması, onun səmərəli formalarının axtarışıdır. Sivilizasiyalararası dialoq zəmanəmizin tələbidir. Bu məsələlərin həllində bütün xalqların birgə səyləri vacibdir. Çünki mədəniyyətlərarası dialoqun aparılmasında bir xalq, bir dövlətin göstərdiyi səylər kifayət deyil.
Bu baxımdan Bakı Forumu uğurlu keçdi. Mən zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsini dünya miqyasında çox böyük hadisə hesab edirəm. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin tədbirin açılış mərasimində çıxışı iştirakçılarda ruh yüksəkliyi yaratdı. Həmçinin Mehriban xanım Əliyevanın Forumun ikinci günü etdiyi çıxış bir daha sübut etdi ki, Azərbaycan hökuməti bu tədbirin baş tutmasında nə qədər maraqlıdır. Hesab edirəm ki, dünya xalqları arasında qarşılıqlı anlaşmanın formalaşmasında mədəniyyətlərin dialoqunun baş tutmasının xüsusi rolu var. Çünki mədəniyyətlərin dialoqu elə sülhün bərqərar olmasıdır.
Hamımıza məlumdur ki, Azərbaycan hazırda müharibə şəraitində olan bir ölkədir. Fransa ilə Almaniya arasında uzun illər müxtəlif səpkili çəkişmələr yaşanıb. Amma sonda idrak qalib gəldi. Hər iki ölkə indi hətta bir valyuta məkanında inkişaf edir. Fransa ilə Almaniyanın hazırkı əlaqələri bir daha sübut edir ki, sabahkı günə sülhlə başlamaq vacibdir. Forumun əhəmiyyətini bu baxımdan da yüksək dəyərləndirmək istərdim. Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqlar arasında sülh və əmin-amanlığın, qarşılıqlı anlaşmanın tərəfdarıdır.
Bakıya səfərim zamanı səmimi qonaqpərvərliyin şahidi oldum. İnsanlarınızın xeyirxahlığı, alicənablığı məni valeh etdi. Əslində mənim Azərbaycan və azərbaycanlılar haqqında təsəvvürüm də elə belə idi.
Fəxriyyə