Türkiyənin Bayburt şəhərində XVII Beynəlxalq Dədə Qorqud festivalı açılıb. Mərasimdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva iştirak edib. Açılışdan öncə iştirakçılar şəhərdəki Dədə Qorqud türbəsini ziyarət ediblər.
   
   Azərbaycanlı deputat açılış mərasimindəki çıxışında bildirib ki, türklərin böyük atası olan Dədə Qorqud diyarında olmaqdan məmnunluğunu vurğulayıb. Millət vəkili Dədə Qorqudun dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərdən bəhs edib.
   Tədbirdə çıxış edən Türk Dünyası Yazıçıları Birliyinin (TÜRKSAV) sədri Yəhya Akəngin 570-631-ci illərdə yaşamış, türk dünyasının mənəvi atası olan Dədə Qorqudun vəsiyyətlərinin bütün nəsillər üçün yol göstərən bir işıq olduğunu söyləyib.
   Festival iştirakçılarına yeni nəşr olunmuş 2 min nüsxə Dədə Qorqud dastanı paylanıb. Şənliklərin ilk günündə Gürcüstan, Elazığ və Bayburt folklor qrupları çıxış edib. Festival iyulun 17-dək davam edəcək.