"Lahıc" sənədli-etnoqrafik filmi festivalda nümayiş olunacaq

   Aprelin 24-28-də İranın Kiş adasında I Kiş Beynəlxalq Film Festivalı keçiriləcək. Azərbaycanı həmin festivalda rejissor Mehriban Ələkbərzadənin "Lahıc" qısametrajlı sənədli-etnoqrafik filmi təmsil edəcək.    I Kiş festivalı Azad və Xüsusi İqtisadi Zonalar Mərkəzi, İr... Ətraflı

“Miras” beynəlxalq sənədli filmlər kinofestivalında iştirak edəcək

   Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi aprelin 10-dan 15-dək Rusiyanın Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq sənədli filmlər kinofestivalının əsas - müsabiqə bölməsində Azərbaycanı təmsil edir. Festivalın əsas proqramında 23 sənədli film mükafatlar uğrunda mübari... Ətraflı

“Oyuncaq” filmi təqdim edildi

   Gənc rejissor Ramil Adiloğlunun ekranlaşdırdığı “Oyuncaq” (“Bauble”) qısametrajlı filmi aprelin 4-də Z-Clubda təqdim olundu. Təqdimatdan sonra filmin geniş müzakirəsi keçirildi. Tamaşaçılar film haqqında rəylərini bildirdilər. Filmin ssenari müəllifləri Ramil Adiloğlu, Elçin Adıgöz... Ətraflı

Aktyor, rejissor və müğənni

   Hollivudun ən tanınmış aktyorlarından biri hesab olunan Ceki Çan 1954-cü il aprelin 7-də Honq-Konqda çox kasıb ailədə dünyaya gəlib. Ceki adı ilə məşhur olmamışdan əvvəl aktyorun bir neçə təxəllüsü olub. Anadan olanda anası ona Pao Pao adını verib. Onun ilk ugurlu layihəsi "Sərxoş ... Ətraflı

“Sübhün səfiri”

   Böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundovun 200 illiyi münasibətilə yeni film çəkilir      Bu ilin iyulunda Azərbaycan dramaturgiyasının banisi, böyük ədib, mütəfəkkir Mirzə Fətəli Axundovun (1812-1878) həyat və yaradıcılığından bəhs edən ikiser... Ətraflı

“İz... Qala” filmi Əl-Cəzirə festivalında iştirak edəcək

   Aprelin 21-24-də Qətərdə “Əl-Cəzirə Beynəlxalq Sənədli Filmlər Festivalı” keçiriləcək. Qısametrajlı ekran əsərlərinin müsabiqəsində Azərbaycanı rejissor Şamil Əliyevin “İz... Qala” filmi təmsil edəcək. Qeyd edək ki, “İz... Qala” filmi Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm ... Ətraflı

“Bu uğur Azərbaycanın mədəni həyatında əlamətdar hadisədir”

   “Hollivudun Gənc Aktyorlar Mükafatı”nı qazanmış Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim edildi      Xəbər verdiyimiz kimi, bu il Amerika Kino Akademiyasının “Oskar” mükafatına “Ən yaxşı xarici film” nominasiyasına iddi... Ətraflı

Timur Oduşev: “İçimdə qorxu var idi ki, rolun öhdəsindən gələ bilmərəm”

   Timur Oduşev 1993-cü il yanvarın 16-da Bakıda anadan olub. 6 yaşından Bakı Xoreoqrafiya Məktəbində təhsil alır. Hazırda məktəbin II kursunda oxuyur. Baletlə məşğuldur. Gələcəkdə özünü balet artisti kimi görür.       Timur Oduşev bizimlə söhbətində ilk ... Ətraflı

1918-ci ilin qanlı mart faciəsi ekranda

   Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Mart hadisələri yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək. Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehr... Ətraflı

Əfsanəvi aktrisa Elizabet Teylor vəfat edib

   Dünya şöhrətli Amerika aktrisası, Hollivudun əfsanəvi kino ulduzu Elizabet Teylor (Elizabeth Rosemond Taylor) martın 23-də 79 yaşında ürək tutmasından vəfat edib. Teylor 1932-ci il fevralın 27-də anadan olmuşdu. Aktrisa karyerası boyunca iki dəfə “Oskar” mükafatına layiq görülmüş E... Ətraflı