Aprelin 28-də Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, yazıçı-dramaturq Rəhman Əlizadənin yeni nəşr olunmuş «Komediyalar» kitabının ikinci cildinin təqdimat mərasimi keçiriləcək.
   Tədbirə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Respublikasının xalq artistləri Afaq Bəşirqızı, Yaşar Nuri, Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, əməkdar incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, filologiya elmləri doktoru, professor Aydın Dadaşzadə, Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, teatrşünas, əməkdar mədəniyyət işçisi Atabala Hacıbabayev, «Qobustan» jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə və başqa görkəmli sənət adamları dəvət olunub.
   Bildirək ki, Rəhman Əlizadənin «Kəndimizin narları», «Dadaşbala əməliyyatı», «Hamam-hamam içində», «Doğmalar» komediyaları Şəki, Sumqayıt, Gəncə Dövlət Dram teatrlarında səhnələşdirilib. Dramaturqun «Günah» pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Rəhman Əlizadənin «Sabah çoxdan başlanıb» pyesi 1988-ci ildə Moskvada keçirilən «Zaman və qəhrəman» müsabiqəsində üçüncü yerə layiq görülüb və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həmin əsərə quruluş verilib. Bir çox komediyaları isə Dövlət Gənclər Teatrı, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnələrində tamaşaya qoyulub.
  
   ELMİN







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar