Qa­ra Mə­şə­di­yev: “Dün­ya dil­lə­ri ara­sın­da Azər­bay­can di­li qə­dər saf, gö­zəl, oy­naq, mu­si­qi­li, baş­qa dil­lə­rə da­ha asan tər­cü­mə olu­nan dil yox­dur”
   
   A­zər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Ono­mas­ti­ka şö­bə­si­nin mü­di­ri, Mil­li Məc­lis ya­nın­da To­po­ni­mi­ya ko­mis­si­ya­sı­nın üz­vü, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Qa­ra Mə­şə­di­yev uzun il­lər­dir Azər­bay­can di­li­nin ke­şi­yin­də da­ya­nan fə­da­kar alim­lə­ri­miz­dən­dir. O, Azər­bay­can ono­mas­ti­ka sa­hə­sin­də öz mək­tə­bi­ni ya­rat­mış alim­dir. Bu mək­təb doğ­ma xal­qı­na, onun qə­dim və zən­gin mə­də­niy­yə­ti­nə, di­li­nə, ta­ri­xi­nə, ədə­biy­ya­tı­na, mi­fo­lo­gi­ya­sı­na, mil­li təs­di­qi­nə əvəz­siz xid­mət gös­tə­rir. Dil­çi ali­m­lə öm­rü­nün 73-cü ba­ha­rın­da gö­rü­şüb ötən il­lə­rə nə­zər sal­dıq.
   
   ...Yol...
   
    - Qa­ra müəl­lim, el­mə uzaq bir dağ kən­din­dən gəl­mi­si­niz. İs­tər­dim, söh­bə­ti­mi­zə də elə o uzaq kənd­dən, o uzaq il­lər­dən baş­la­yaq...
   - Gə­də­bəy ra­yo­nu­nun uc­qar bir ye­rin­də, Şı­nıx böl­gə­si­nin Düz­rə­sul­lu so­vet­li­yi­nin Gö­yəm­li kən­din­də ana­dan ol­mu­şam. O kənd­də ki, cə­mi 8-9 ev var­dı. Bi­rin­ci si­nif­də oxu­maq üçün kən­di­miz­dən 20 ki­lo­metr ara­lı­da yer­lə­şən Za­man­lı kən­di­nə ge­dir­dik. Sə­hər yo­la dü­şüb gü­nor­ta mək­tə­bə ça­tır­dıq. Ba­la­ca uşaq­lar idik, çox əziy­yət çə­kir­dik, bu­na bax­ma­ya­raq, biz o kən­din uşaq­la­rın­dan da­ha yax­şı oxu­yur­duq. Yed­din­ci sin­fi bi­ti­rən­dən son­ra yo­lu­muz bir az da uzan­dı. 30 ki­lo­metr ara­lı­da yer­lə­şən Çay­rə­sul­lu kən­din­də­ki or­ta mək­tə­bə get­dik. Mək­tə­bi əla qiy­mət­lər­lə bi­tir­dim. Ba­kı­ya gə­lib sə­nəd­lə­ri­mi Azər­bay­can Pe­da­qo­ji Dil­lər İns­ti­tu­tu­na ver­dim, üç beş al­dım, Azər­bay­can-al­man di­li fa­kül­tə­si­nə da­xil ol­dum.
   
   İn­san bö­yü­dük­cə, yol­la­rı ki­mi ar­zu­la­rı da bö­yü­yür. Ar­zu­la­rı onu bö­yük, işıq­lı şə­hə­rə gə­tir­di. O za­man ağ­lı­na da gəl­məz­di ki, öm­rü­nün 56 ili­ni bu şə­hər­də ya­şa­ya­caq, dil­çi alim ola­caq, an­caq gö­zü­nü açan­da qav­ra­dı­ğı dia­lek­ti, ləh­cə­ni heç vaxt unu­da bil­mə­yə­cək­di...
   
   Qa­ra Mə­şə­di­yev 1961-1966-cı il­lər­də M.F.A­xun­dov adı­na Azər­bay­can Pe­da­qo­ji Dil­lər İns­ti­tu­tun­da təh­sil alır. Son­ra iki il Gə­də­bəy ra­yo­nunun Maa­rif kənd sək­ki­zil­lik mək­təbin­də müəl­lim iş­lə­yir. 1968-ci il­dən Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tun­da ça­lı­şır. 1974-cü il­də "Müa­sir Azər­bay­can ədə­bi di­lin­də ad­lıq cüm­lə" möv­zu­sun­da na­mi­zəd­lik, 1991-ci il­də "Qaf­qa­zın əra­zi və tay­fa­la­rı­nın təs­vi­ri ma­te­rial­la­rı məc­muəsi"­n­də (SMOMPK) qey­də alın­mış Azər­bay­can (türk) mən­şə­li to­po­nim­lə­rin ta­ri­xi-linq­vis­tik təh­li­li” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə edir.
   
   - Dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı 17 ilə yaz­mı­şam. Çün­ki möv­zum ge­niş bir sa­hə­ni əha­tə edir­di. To­po­ni­mi­ka xal­qı­mı­zın ta­ri­xi­dir, sər­həd­lə­ri­miz­dir, yur­du­muz­dur. Dil­çi­lik ba­xım­dan bu to­po­nim­lə­ri araş­dı­rar­kən ta­ri­xin qa­ran­lıq qat­la­rın­dan türk tay­fa­la­rı­nın iz­lə­ri, mə­də­niy­yə­ti, kök­lə­ri haq­qın­da də­yər­li mə­lu­mat­lar əl­də et­dim.
   Əj­dər Fər­zə­li Qor­qud “Pro­fes­sor Qa­ra Mə­şə­di­yev öz mək­tə­bi­ni ya­rat­mış­dı” mə­qa­lə­sin­də ya­zır: “...Qa­ra müəl­lim bü­tün qay­ğı­la­rı­nı kə­na­ra qo­yub ye­ni­dən ar­xiv­lə­rə baş vur­du. 1881-ci ildən 1929-cu ilə ki­mi Tif­lis­də nəşr olun­muş, top­lu hal­da 46 cild­dən iba­rət “Qaf­qa­zın əra­zi və tay­fa­la­rı­nın təs­vi­ri məc­muə­si”­nin fun­da­men­tal təh­li­li­nə baş­la­dı.
   Sö­zü­ge­dən mən­bə­nin təd­qi­qi ilə da­ha çox rus, er­mə­ni müəl­lif­lə­ri məş­ğul olur­du­lar. On­lar məc­muə­də - onun bü­tün 46 cil­din­də Azər­bay­can mən­şə­li to­po­nim­lə­ri, hid­ro­nim­lə­ri, və ant­ro­po­nim­lə­ri - on­la­rın rus di­lin­də ya­zı­lı­şı­na əsas­la­na­raq “er­mə­ni mən­şə­li” qə­lə­mə ver­mə­yə ça­lış­mış­dı­lar. Qa­ra Mə­şə­di­yev bu yo­zum­la­rın əsas­sız­lı­ğı­nı, elmlə heç bir əla­qə­si ol­ma­yan uy­dur­ma­lar ol­du­ğu­nu gör­dü, el­mi hə­qi­qə­ti na­ğıl­dan ayır­ma­ğın va­cib­liyi­ni və müm­kün­lü­yü­nü sü­bu­ta ye­tir­mə­yi qar­şı­sı­na məq­səd qoy­du”. Və bu­na na­il ol­du.
   
   Əsl müəl­lim ne­cə ol­ma­lı­dır
   
   - Bir gün Pla­ton­dan so­ru­şur­lar ki, ata­nı çox is­tə­yir­sən, yox­sa müəl­li­mi­ni. Pla­ton de­yir ki, atam mə­ni göy­lər­dən ye­rə en­dir­di, müəl­li­mim mə­ni yer­dən göy­lə­rə qal­dır­dı. Bu sə­viy­yə­yə gə­lib çıx­ma­ğı­nız­da müəl­lim­lə­ri­ni­zin ro­lu­nu ne­cə qiy­mət­lən­di­rir­si­niz və on­lar­dan kim­lə­ri da­ha çox xa­tır­la­yır­sı­nız?
   - Müəl­lim­lə­rim­lə bağ­lı xa­ti­rə­lə­rim çox­dur. Or­ta mək­təb­də oxu­yan­da Mir­zə ad­lı yax­şı bir ta­rix müəl­li­mi­miz var­dı. Bu müəl­lim­dən dörd­dən ar­tıq qiy­mət al­maq qey­ri-müm­kün idi. Mən ge­cə-gün­düz oxu­dum, Mir­zə müəl­lim ha­ra­dan su­al ver­di­sə, ora­dan ca­vab ver­dim. Axır ki, Mir­zə müəl­lim­dən beş al­dım. Beş alan­dan son­ra Mir­zə müəl­lim qo­hu­mum Qə­dir ki­şi­yə de­yir ki, bu uşa­ğın ye­yə­si ol­sa, pro­fes­sor olar. İl­lər keç­sə də, o söz yad­da­şım­da ili­şib qal­dı. 1998-ci il­də pro­fes­sor adı­nı alan­da bi­rin­ci müəl­li­mi­mi xa­tır­la­dım. Onun uzaq­gö­rən­lik­lə de­di­yi sö­zü, bəl­kə də ar­zu­su­nu ger­çək­ləş­dir­di­yim üçün öm­rüm­də heç vaxt ke­çir­mə­di­yim qə­ri­bə bir se­vinc his­si ke­çir­dim.
   Tə­lə­bə vax­tı da yax­şı müəl­lim­lə­rim olub. Biz tə­qaüd­lə do­la­nan tə­lə­bə­lər idik. An­caq əsl müəl­lim­lə­ri­mi­zin qay­ğı­sı­nı, diq­qə­ti­ni hə­mi­şə hiss edir­dik. Cə­fər Meh­di­yev, Əmi­nə Əli­ye­va, To­fiq Ha­cı­yev, Yu­sif Se­yi­dov, Ağa­mu­sa Axun­dov mə­nim ən yax­şı müəl­lim­lə­rim­dən olub­lar. Ağa­mu­sa Axun­dov həm də mə­nim dok­tor­luq dis­ser­ta­si­ya­mın məs­lə­hət­çi­si olub. Bax, bu müəl­lim­lə­ri­mi gö­rən­də, ba­şım­da pa­pa­ğım ol­sa, bu ya­şım­da da pa­pa­ğı gö­tü­rü­rəm, on­la­rın qar­şı­sın­da düz da­ya­nıb, baş əyi­rəm.
   - Çin fi­lo­so­fu Kon­fut­si de­yir­di ki, əgər biril­lik pla­nın var­sa, ta­xıl ək, əgər 10 illik pla­nın var­sa, bağ sal, əgər 100 il­lik pla­nın var­sa, in­san­la­rı öy­rət. Siz də müəl­lim­lə­ri­ni­zin yo­lu­nu - 100 il­lik yo­lu seç­di­niz...
   - Dok­tor­lu­ğu mü­da­fiə edən­dən son­ra mə­nim də dis­ser­tant­la­rım, as­pi­rant­la­rım ol­du. Yax­şı ki­tab­xa­nam var­dı, o ki­tab­xa­na­nı on­la­rın ix­ti­ya­rı­na ver­dim, ya­zı­la­rı­nı ge­cik­dir­mə­dən oxu­dum, əlim­dən gə­lən kö­mə­yi et­dim ki, on­lar bu yo­lu axı­ra ki­mi get­sin­lər. Bu gü­nə ki­mi 20 elm­lər na­mi­zə­di və elm­lər dok­to­ru­nun el­mi rəh­bə­ri ol­mu­şam. Ha­zır­da iki dok­to­ran­tım, 1 as­pi­ran­tım, 3 dis­ser­tan­tım var.
   
   O, in­di­yə qə­dər Azər­bay­can dil­çi­li­yi­nin ən müx­tə­lif sa­hə­lə­rin­də özü­nü sı­na­yıb. Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun ço­xil­lik fəa­liy­yə­ti­nin məh­su­lu olan "Müa­sir Azər­bay­can di­li" üç­cild­li­yin­də yaz­dı­ğı "Va­si­tə­siz və va­si­tə­li nitq" böl­mə­si, 1987-ci il­də çap­dan çıx­mış "Azər­bay­can di­li­nin ono­mas­ti­ka­sı (oçerk­lər)" ki­ta­bı­nın Q.Mə­şə­di­yev tə­rə­fin­dən ya­zıl­mış his­sə­lə­ri, "Za­qaf­qa­zi­ya­nın Azər­bay­can to­po­nim­lə­ri" mo­noq­ra­fi­ya­sı, "Müa­sir Azər­bay­can di­lin­də nitq his­sə­lə­ri­nin se­man­ti­ka­sı (oçerk­lər)" ki­ta­bı, Nə­ri­man Se­yi­də­li­yev­lə bir­gə ha­zır­la­dı­ğı "İzah­lı ono­mas­tik ter­min­lər lü­ğə­ti", Azər­bay­can dil­çi­li­yi­nin ən müx­tə­lif mə­sə­lə­lə­ri­nə da­ir çox­say­lı el­mi mə­qa­lə­lə­ri bir alim ki­mi Qa­ra müəl­li­min yük­sək el­mi qa­bi­liy­yə­tin­dən, ya­ra­dı­cı məh­sul­dar­lı­ğın­dan xə­bər ve­rir.
   
   “Di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq”
   
   - Qa­ra müəl­lim, hər bir xa­lqın di­li həm də onun mə­də­niy­yə­ti­dir. Dil­çi alim ki­mi di­li­mi­zin bu­gün­kü sə­viy­yə­si si­zi qa­ne edir­mi?
   - Dün­ya dil­lə­ri ara­sın­da Azər­bay­can di­li qə­dər saf, gö­zəl, oy­naq, mu­si­qi­li, baş­qa dil­lə­rə da­ha asan tər­cü­mə olu­nan dil yox­dur. Çox in­cə, mu­si­qi­li di­li­miz var. Biz di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq, onu kə­nar tə­sir­lər­dən qo­ru­ma­lı­yıq. Müs­tə­qil öl­kə­yik, qa­pı­la­rı­mız dün­ya öl­kə­lə­ri­nin üzü­nə açıq­dır. Öl­kə­miz­də xa­ri­ci şir­kət­lər fəa­liy­yət gös­tə­rir. Təəs­süf ki, şə­hə­ri­miz­də çox ad­la­rı in­gi­lis di­lin­də ya­zır­lar ki, bu da di­lin qa­nun­la­rı­nı po­zur. Düz­dür, dün­ya dil­lə­ri ilə əla­qə­də, mü­na­si­bət­də ol­ma­lı­yıq, bey­nəl­xalq söz­lər is­tər-is­tə­məz di­li­mi­zə da­xil olur. On­la­rı qə­bul et­mə­li­yik. An­caq ça­lı­şıb di­li­mi­zə da­xil olan söz­lə­rin qar­şı­lı­ğı­nı tap­ma­lı­yıq. Biz di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq və on­la­rı kə­nar tə­sir­lər­dən qo­ru­ma­lı­yıq.
   
   - Qa­ra müəl­lim, ins­ti­tut­da si­zə “Əsas” - “ins­ti­tu­tu­n əsa­sı” - de­yə mü­ra­ciət edir­lər. De­mək, bir növ om­buds­man mis­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir­si­niz.
   - (gü­lür) Mə­ni sa­kit adam ki­mi ta­nı­yır­lar. Şi­ka­yə­ti, dər­di-sə­ri olan mə­nim ya­nı­ma gə­lir. İm­ka­nım da­xi­lin­də kö­mə­yə eh­ti­ya­cı olan­la­ra hə­mi­şə əl uzat­mı­şam.
   
   Bu yer­də müt­ləq bir ha­şi­yə çıx­ma­lı­yam. Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Mə­sud Mah­mu­do­vun Qa­ra Mə­şə­di­yev haq­qın­da “Al­lah ada­mı” ad­lı ma­raq­lı bir ya­zı­sı var. Mə­sud Mah­mu­dov ya­zır:
   ...O­nun haq­qın­da ilk cüm­lə­ni qə­lə­mə alar­kən xə­yal mə­ni 1978-ci ilə çə­kir. On­da Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tun­da ye­ni­cə işə baş­la­mış­dım. Gün­lə­rin bi­rin­də in­di­ki Sankt-Pe­ter­burq şə­hə­ri­nə bir ne­çə il­lik el­mi təc­rü­bə­yə gön­də­ril­mə­yim ba­rə­də qə­rar qə­bul olun­du və elə hə­min gün o, Dil­çi­lik İns­ti­tu­tu­nun dəh­li­zin­də mə­ni bir kə­na­ra çə­kib göz­lə­nil­mə­dən bir qom pul uzat­dı: "Uzaq yol ge­dir­sən, yad yer­də pul gə­rə­yin olar. Nə qə­dər la­zım­dır gö­tür". Özü­nə­məx­sus uşaq tə­bəs­sü­mü ilə gü­lüm­sün­dü: "Mən bu­nu sə­nə borc ki­mi ver­mi­rəm ki. Tə­ki sən oxu­yub yük­sə­lə­sən. Pu­lu qay­tar­ma­san da olar".
   
   Qa­ra müəl­lim sə­mi­mi­li­yi, meh­ri­ban­lı­ğı, in­san­pər­vər­li­yi ilə ət­ra­fın­da­kı­la­rı ya­şa­ma­ğa, ya­rat­ma­ğa hə­vəs­lən­di­rir. Onun­la gə­lə­cək plan­la­rı­nı mü­za­ki­rə edən hər kəs özü­nü məq­səd­lə­ri önün­də da­ha güc­lü, da­ha qə­tiy­yət­li hiss edir.
   
   - Aza qa­ne olan in­san ki­mi de­yə bi­lər­si­niz­mi ki, in­sa­nın ən bö­yük bə­la­sı nə­dir?
   - İn­sa­nın ba­şı­na nə gəl­sə nəf­sin­dən gə­lir. Hə­mi­şə ça­lış­mı­şam nəf­si­mə qa­lib gə­lim. Aman ver­mə­mi­şəm ki, nəf­sim mə­ni yol­dan çı­xar­sın. Bu cə­hət­dən özü­mü xoş­bəxt sa­yı­ram.
   
   Qa­ra Mə­şə­di­yev həm də gö­zəl ai­lə baş­çı­sı­dır. Bö­yü­yə hör­mət, ədəb-ər­kan, İs­lam di­ni­nə eh­ti­ram, ha­lal süf­rə, ha­lal çö­rək bu ai­lə­nin əx­laq nor­ma­sı, ya­zıl­ma­mış qa­nu­nu­dur. Ai­lə üzv­lə­ri ona bö­yük eh­ti­ram bəs­lə­yir, müd­rik nə­si­hət­lə­ri­nə, öyüd­lə­ri­nə can­la-baş­la əməl edir­lər. Bu, da­xil­dən gə­lən bir sev­gi, hör­mət­dir.
   
   - Bö­yük öv­lad­la­rım var, gü­nün bu gü­nün­də də mən qa­pı­dan içə­ri ayaq qo­yan­da on­lar aya­ğa du­rur­lar, bir də­fə üz­lə­ri­nə ba­xan­da nə de­mək is­tə­di­yi­mi bi­lir­lər. Nə­və­lə­rim yax­şı oxu­yur. De­yi­rəm, kim da­ha yax­şı oxu­sa, ki­tab­xa­na­mı ona ba­ğış­la­ya­ca­ğam.
   - 15 may si­zin do­ğum gü­nü­nüz­dür, ba­ha­rın 15-ci anı­nı ne­cə qar­şı­la­yır­sı­nız?
   - Səs-kü­yə sal­maq is­tə­mi­rəm. Bu, ar­tıq iş­dir de­yib, yan ke­çi­rəm. Am­ma yu­bi­ley ya­şı­mı ya­xın­la­rım, doğ­ma­la­rım və dost­la­rı­mın əha­tə­sin­də ke­çir­mək is­tə­yi­rəm. Çün­ki get­dik­cə li­mit aza­lır...
   Nik­bin xa­rak­ter­li Qa­ra müəl­lim sö­zü­nə da­vam edir:
   - Ne­cə ki, ömür var, iş­lə­mə­li­yik, xal­qı­mı­za xid­mət et­mə­li­yik, öy­rə­nib bil­dik­lə­ri­mi­zi gənc nəs­lə öy­rət­mə­li­yik. Bir də Al­lah bi­zə kö­mək et­sin, sər­həd­lə­ri­miz bü­töv­ləş­sin, iş­ğal al­tın­da olan tor­paq­la­rı­mız azad ol­sun. Bu, xal­qı­mı­zın ən bö­yük ar­zu­su­dur.
   “Dörd şey ge­ri gəl­məz: de­yi­lən söz, atı­lan ox, ke­çən za­man, qa­çı­rı­lan im­kan”. Ömər Xət­tab be­lə de­yir­di. Am­ma in­san­lar min il­lər­di ki, bu hə­qi­qə­ti bi­lə-bi­lə söz de­yir, ox atır, ke­çən za­ma­na ba­xır, im­ka­nı qa­çı­rır. Vaxt­dan uca­da da­ya­nan­lar isə za­ma­nın için­də vaxt ta­pıb elm zi­ya­sın­da nur­la­nır, baş­qa­la­rı­nın da öm­rü­nü işıq­lan­dı­rır. Qa­ra Mə­şə­di­yev ki­mi...
   
   Tə­ra­nə Va­hid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar