Şa­ki­maş­rip İb­ra­yev: “Türk xalq­la­rı tez-tez bir ara­ya gə­lib ümu­mi prob­lem­lə­ri mü­za­ki­rə et­mə­li­, ümu­mi ya­naş­ma­lar ha­zır­lan­ma­lı­dır”

Xə­bər ve­ril­di­yi ki­mi, iyu­nun 21-də Ba­kı növ­bə­ti mö­tə­bər təd­bi­rə - Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv öl­kə­lə­rin dias­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin I Fo­ru­mu­na ev sa­hib­li­yi et­di. Fo­ru­ma Azər­bay­can, Tür­ki­yə, Qa­za­xıs­tan və Qır­ğı­zıs­ta­nın dias­por təş­ki­lat­la­rı­nın təm­sil­çi­lə­ri, döv­lət və hö­ku­mət rəs­mi­lə­ri, QHT nü­ma­yən­də­lə­ri, elm və mə­də­niy­yət xa­dim­lə­ri qa­tıl­mış­dı. İş­ti­rak­çı­lar ara­sın­da Qa­za­xıs­ta­nın pay­tax­tı As­ta­na­da fəa­liy­yət gös­tə­rən Bey­nəl­xalq Türk Aka­de­mi­ya­sı­nın rek­to­ru Şa­ki­maş­rip İb­ra­yev də var­dı. Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Ş.İb­ra­yev Aka­de­mi­ya­nın fəa­liy­yə­ti, türk­dil­li öl­kə­lə­rin or­taq la­yi­hə­lə­ri və bu bir­li­yin möh­kəm­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də nə­zər­də tu­tu­lan plan­lar­la bağ­lı sual­la­rı­mı­zı ca­vab­lan­dır­dı.

- Bey­nəl­xalq Türk Aka­de­mi­ya­sı­nın ya­ran­ma zə­ru­rə­ti nə idi?
- Ta­ri­xən ge­niş coğ­ra­fi­ya­ya ya­yıl­mış türk­lər zən­gin mə­də­niy­yə­tə sa­hib­dir. Dün­ya mə­də­niy­yə­ti­nə bö­yük töh­fə­lər ve­rən türk xalq­la­rı­nın bu is­ti­qa­mət­də əl­bir fəa­liy­yə­ti üçün da­ha ge­niş im­kan­lar var. Bu iş­də mü­hüm rol oy­na­ya bi­lə­cək Bey­nəl­xalq Türk Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sı ide­ya­sı 2009-cu ilin okt­yab­rın­da türk­dil­li öl­kə­lə­rin baş­çı­la­rı­nın Nax­çı­van­da ke­çi­ri­lən sam­mi­tin­də Qa­za­xıs­tan Pre­zi­den­ti Nur­sul­tan Na­zar­ba­yev tə­rə­fin­dən irə­li sü­rü­lüb. O, çı­xı­şın­da bil­dir­miş­di ki, türk xalq­la­rı­nın or­taq də­yər­lə­ri­ni, ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni araş­dı­ra­caq və ge­niş şə­kil­də təb­liğ edə­cək qu­ru­ma eh­ti­yac var. Bu tək­li­fə xe­yir-dua ve­ril­di və 2010-cu ilin 25 ma­yın­da As­ta­na­da Türk Aka­de­mi­ya­sı­nın rəs­mi açı­lış mə­ra­si­mi ke­çi­ril­di. Mə­ra­sim­də Tür­ki­yə Pre­zi­den­ti Ab­dul­la Gül, ta­nın­mış türk alim­lə­ri, zi­ya­lı­la­rı da iş­ti­rak edir­di. Aka­de­mi­ya­nın ya­ra­dı­cı­la­rı 4 türk döv­lə­ti - Tür­ki­yə, Qa­za­xıs­tan, Azər­bay­can, Qır­ğı­zıs­tan­dır. Qu­rum hə­lə­lik Qa­za­xıs­tan tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ri­lir. Ötən il Biş­kek­də ke­çi­ri­lən zir­və top­lan­tı­sın­da Tür­ki­yə, Qa­za­xıs­tan, Azər­bay­can, Qır­ğı­zıs­tan tə­rə­fin­dən Türk Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da bey­nəl­xalq mü­qa­vi­lə im­za­lan­dı. Ha­zır­kı mər­hə­lə­də bu sə­nə­din par­la­ment­də ra­ti­fi­ka­si­ya­sı ke­çi­ri­lir. Sə­nəd qüv­və­yə mi­nən­dən son­ra Aka­de­mi­ya bey­nəl­xalq təş­ki­lat sta­tu­su ala­caq. Bu­nun­la be­lə, ha­zır­da Qa­za­xıs­tan tə­rəf­dən ay­rı­lan və­sait apa­rı­lan təd­qi­qat­la­ra ki­fa­yət edir. Aka­de­mi­ya­da in­di­lik 60 əmək­daş ça­lı­şır. El­mi la­yi­hə­lər­də de­mək olar ki, dün­ya­nın hər ye­rin­də ya­şa­yan 100-dən çox tür­ko­loq iş­ti­rak edir. Ümu­mi­lik­də ha­zır­da 24 el­mi la­yi­hə­miz var, on­la­rın hər bi­ri­nə 8-10 alim cəlb olu­nub. La­yi­hə­lər ta­rix, dil, ədə­biy­yat, din, mə­də­niy­yət, fəl­sə­fə sa­hə­si­ni əha­tə edir. Bü­tün bu so­sial-si­ya­si, hu­ma­ni­tar pred­met­lə­rə həm ta­ri­xi, həm də müa­sir tə­rəf­dən ya­na­şı­rıq.
- Dün­ya­da Av­ro­pa, ərəb si­vi­li­za­si­ya­sı ki­mi an­la­yış­lar möv­cud­dur. Bu mə­kan­da türk si­vi­li­za­si­ya­sı­nın ye­ri­ni, türk ta­rix və mə­də­niy­yə­ti­nin ro­lu­nu və ma­hiy­yə­ti­ni ne­cə müəy­yən et­mək olar?
- Türk­lər qə­dim dün­ya mə­də­niy­yə­ti­nin ya­ra­dı­cı­la­rın­dan­dır. Mə­sə­lən, qə­dim göy­türk­lə­rin öz ya­zı­la­rı olub. Bu on­dan xə­bər ve­rir ki, ar­tıq bu et­nos mə­də­niy­yə­tin yük­sək zir­və­si­nə ça­tıb. Or­ta əsr­lər­də türk­lər bö­yük mə­də­niy­yət ya­rat­mış­dı­lar, Ki­çik Asi­ya və Mər­kə­zi Asi­ya­da im­pe­ri­ya­la­ra sa­hib idi­lər. Mə­sə­lə­yə da­ha ge­niş as­pekt­dən ya­naş­saq, be­lə nə­ti­cə­yə gə­lə bi­lə­rik ki, bu, doğ­ru­dan da, bə­şə­riy­yət ta­ri­xi­ndə bö­yük si­vi­li­za­si­ya idi. Ona gö­rə də biz tür­ko­loq alim­lə­ri bir ara­ya gə­tir­mək­lə dün­ya si­vi­li­za­si­ya­sı mə­ka­nın­da türk ta­rix və mə­də­niy­yə­ti­nin ro­lu­nu və ma­hiy­yə­ti­ni müəy­yən et­mə­li­yik. Ey­ni za­man­da ha­zır­da türk­dil­li öl­kə­lə­rin müa­sir in­teq­ra­si­ya pro­ses­lə­ri­ni də öy­rə­ni­rik.
- Ye­ri gəl­miş­kən, ha­zır­da türk dün­ya­sın­da nə baş ve­rir? Qlo­bal­laş­ma kon­teks­tin­də türk­dil­li öl­kə­lər öz yer­lə­ri­ni tu­tur­lar­mı və bu mə­sə­lə­lə­rə Türk Aka­de­mi­ya­sı­nın ya­naş­ma­sı nə­dən iba­rət­dir?
- Ən önəm­li­si türk mə­də­niy­yə­ti­nin dün­ya­da­kı ye­ri­ni təs­bit et­mək­dir. Bu fəa­liy­yə­tin nə­ti­cə­si türk dün­ya­sı­nın iş­bir­li­yi­nə, bə­ra­bər­li­yi­nə xid­mət edir. Aka­de­mi­ya ya­ran­dı­ğı gün­dən bu is­ti­qa­mət­də bir sı­ra iş­lər gö­rüb. Mə­sə­lən, so­sial elm­lər sa­hə­sin­də ta­rix, ədə­biy­yat, et­noq­ra­fi­ya, dil, folk­lor, mə­də­niy­yət, sə­nət, iq­ti­sa­diy­yat, din­lə bağ­lı 40-a ya­xın el­mi araş­dır­ma­ ki­tabını nəşr edə­rək yay­mı­şıq. Ki­tab­lar se­ri­ya ha­lın­da - “Çağ­daş tür­ko­lo­gi­ya”, “Türk təh­sil el­mi”, “Türk lü­ğət el­mi”, “Tür­ko­loq­la­rın bib­lioq­ra­fik mən­bə­lə­ri” möv­zu­la­rı üz­rə ya­yım­la­nıb. Nəşr­lər Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv öl­kə­lə­rin dil­lə­ri ilə ya­na­şı, rus və in­gi­lis dil­lə­rin­də də ha­zır­la­nır. Şu­ra­nın 2011-ci il­də Al­ma­tı­da ke­çi­ri­lən zir­və top­lan­tı­sı­nın qə­ra­rı­na əsa­sən, Türk Aka­de­mi­ya­sı hər il türk dün­ya­sı ədə­biy­ya­tı ilə bağ­lı an­to­lo­gi­ya ha­zır­la­yır. “Ə­sl xə­zi­nə” adı­nı da­şı­yan bu an­to­lo­gi­ya türk­lə­rin ta­rix səh­nə­si­nə çıx­dıq­la­rı vaxt­dan gü­nü­mü­zə qə­dər olan mə­də­ni də­yər­lə­ri­ni əha­tə edir. Bu il Türk­dil­li Öl­kə­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın Ba­kı­da ke­çi­ri­lə­cək zir­və gö­rü­şün­də “Türk tər­bi­yə­si” ad­lı an­to­lo­gi­ya­nın təq­di­ma­tı­nı ke­çi­rə­cə­yik. Ki­ta­bın ma­hiy­yə­ti bun­dan iba­rət­dir: türk­lər di­gər et­nos­lar­dan nə ilə fərq­lə­nir, öz öv­lad­la­rı­nı ne­cə tər­bi­yə edir­lər. Əl­bət­tə, bu tər­bi­yə­nin əsa­sın­da qo­naq­pər­vər­lik, bir-bi­ri­mi­zi ba­şa düş­mək, qar­şı­lıq­lı an­la­yış, yar­dım­laş­ma, bö­yük sö­zü­nü din­lə­mək da­ya­nır. Bu xü­su­siy­yət­lər, di­gər xalq­lar­dan fərq­li ola­raq, türk­lər­də çox güc­lü­dür. Bü­tün bun­lar bi­zim folk­lor nü­mu­nə­lə­ri­miz­də, epos­la­rı­mız­da da öz ək­si­ni ta­pıb. Ki­ta­ba da­xil olan ma­te­rial­la­rı türk xalq­la­rı­nın hər bi­ri­nin öz nü­ma­yən­də­si ha­zır­la­yıb. La­kin bu iş sis­tem­ləş­di­ril­miş şə­kil­də, yə­ni müəy­yən mo­del da­xi­lin­də hə­ya­ta ke­çi­ri­lib. Ki­tab türk, Azər­bay­can, ta­tar, qa­zax, qır­ğız, türk­mən, elə­cə də rus və in­gi­lis dil­lə­rin­də ha­zır­la­nıb. Bu, türk ta­ri­xin­də tə­lim-tər­bi­yə sa­hə­sin­də ha­zır­la­nan ilk top­lu bir nəşr­dir. Bun­dan baş­qa, Aka­de­mi­ya­nın “Al­tay tür­ko­lo­gi­ya­sı” jur­na­lı nəşr olun­maq­da­dır. Jur­nal­da Aka­de­mi­ya­nın el­mi araş­dır­ma­la­rı və dün­ya tür­ko­lo­gi­ya­sın­da­kı ye­ni­lik­lər­lə bağ­lı mə­qa­lə­lər dərc olu­nur. Aka­de­mi­ya­nın in­ter­net say­tı 4 dil­də fəa­liy­yət gös­tə­rir və gə­lə­cək­də bu sa­yı ar­tır­ma­ğı dü­şü­nü­rük.
A­ka­de­mi­ya­nın tə­şəb­bü­sü ilə türk xalq­la­rı­nın or­taq ta­ri­xi­nin ha­zır­lan­ma­sı­na baş­la­nı­lıb və bu­nun­la əla­qə­dar alim­lər­dən iba­rət ko­mis­si­ya ya­ra­dı­lıb. Çün­ki türk­lə­rin ta­rix səh­nə­si­nə çıx­ma­sın­dan baş­la­ya­raq gü­nü­mü­zə qə­dər in­ki­şa­fı­nı, for­ma­laş­ma­sı­nı, ya­şa­dıq­la­rı dövr­lə­ri təs­nif edib or­ta­ya qoy­maq la­zım­dır. Bun­dan son­ra mək­təb­lər üçün or­taq türk ta­rix dərs­li­yi qay­naq­la­rı ha­zır­la­maq asan olar. Dərs­lik­lər isə bi­zim üçün çox va­cib­dir. Gə­lə­cək nə­sil­lər də bu də­yər­li ta­ri­xi, mə­də­niy­yə­ti öy­rən­mə­li­dir­lər. Aka­de­mi­ya bu məq­səd­lə müx­tə­lif la­yi­hə­lər ha­zır­la­yır. Mə­sə­lən, türk ta­ri­xi­nin təs­nif­lən­di­ril­mə­si, türk uyar­lı­ğı, so­ya­ğa­cı və trans­for­ma­si­ya mə­sə­lə­si, türk xalq­la­rı­nın so­sial, mə­də­ni də­yər­lə­ri, türk dün­ya­sı si­ya­si-mə­də­ni əla­qə­lə­ri bu sı­ra­ya da­xil­dir. Aka­de­mi­ya, ey­ni za­man­da, or­taq ter­mi­no­lo­gi­ya iş­lə­ri­ni də la­yi­hə ha­lı­na gə­ti­rib. Bu il la­yi­hə­lə­rə Azər­bay­can, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan, Tür­ki­yə, Ta­ta­rıs­tan elm adam­la­rı cəlb edi­lə­cək. Or­taq ça­lış­ma­lar ilk ba­rı­nı ver­mə­yə baş­la­yıb. Bir söz­lə, Türk Aka­de­mi­ya­sı dün­ya tür­ko­lo­gi­ya el­mi­nin bu gü­nə qə­dər əl­də et­di­yi nai­liy­yət­lə­ri­ni də­yər­lən­di­rə­cək və gə­lə­cə­yə doğ­ru plan­lar qu­ra­caq, dəs­tək­lə­yə­cək el­mi araş­dır­ma mər­kə­zi­dir.
- Qeyd et­di­niz ki, Aka­de­mi­ya­nın ha­zır­la­dı­ğı ki­tab­lar türk dil­lə­ri ilə ya­na­şı, rus və in­gi­lis dil­lə­rin­də də nəşr edi­lir. Ma­raq­lı­dır, türk or­taq də­yər­lə­ri­ni türk xalq­la­rı ara­sın­da ta­nıt­maq, yox­sa dün­ya­da təb­liğ et­mə­k da­ha prio­ri­tet hə­dəf­dir?
- Biz bu mə­sə­lə­yə hər iki tə­rəf­dən ya­na­şı­rıq. İlk ön­cə məq­sə­di­miz gənc nəs­li ta­ri­xi­miz­lə ta­nış et­mək­dir. On­lar bu ta­rix­lə bö­yü­mə­li, tər­bi­yə al­ma­lı­dır­lar. Ey­ni za­man­da dün­ya­nı türk ta­ri­xi, el­mi və mə­də­niy­yə­ti ilə da­ha ya­xın­dan ta­nış et­mək niy­yə­tin­də­yik. İs­tə­yi­rik ki, dün­ya bu bö­yük mə­də­niy­yə­ti da­ha ya­xın­dan ta­nı­sın. Ona gö­rə ki, biz nəşr et­di­yi­miz bü­tün ki­tab­la­rı dün­ya­nın hər tə­rə­fin­də fəa­liy­yət gös­tə­rən tür­ko­lo­ji mər­kəz­lə­rə, bu sa­hə­də ix­ti­sas­la­şan uni­ver­si­tet­lə­rə gön­də­ri­rik. Bu nəşr­lə­rə lü­ğət­lər, bib­lioq­ra­fi­ya da da­xil­dir. Türk Aka­de­mi­ya­sı dün­ya­da fəa­liy­yət gös­tə­rən tür­ko­lo­ji mər­kəz­lə­ri də bir növ koor­di­na­si­ya edir. Dün­ya tür­ko­loq­la­rı türk­lər haq­qın­da nə de­yir, onu da araş­dı­rı­rıq. Ame­ri­ka­da, Ya­po­ni­ya­da da tür­ko­loq­lar var. On­lar­la da əla­qə ya­rat­maq, bir­lik­də iş­lə­mək la­zım­dır.
- Di­gər türk­dil­li öl­kə­lər­dən mü­tə­xəs­sis­lə­ri la­yi­hə­lərə cəlb edə bi­lir­si­niz­mi? Ümu­miy­yət­lə, or­taq ta­rix zə­mi­nin­də or­taq məx­rə­cə gəl­mək müm­kün­dür­mü?
- Bu gü­nə qə­dər hər bir türk res­pub­li­ka­sı­nın ta­ri­xi öz ba­xış­la­rın­dan ya­na­şı­la­raq ya­zı­lıb. İn­di ba­xan­da gö­rür­sən ki, bu ta­rix­lər fərq­li­dir. Ona gö­rə də Aka­de­mi­ya müt­ləq bu alim­lə­ri bir ye­rə top­la­ma­lı və da­nı­şıq­lar apar­ma­lı, ümu­mi nə­ti­cə­yə gə­lin­mə­li­dir. Ta­ri­xi­miz­lə bağ­lı ümu­mi me­to­do­lo­ji is­ti­qa­mət­lər əl­də olun­ma­lı­dır. Çün­ki ta­ri­xi­miz ox­şar­dır. Am­ma biz hə­lə də gö­tür-qoy edi­rik. Aka­de­mi­ya türk dün­ya­sı­nın ta­rix­çi­lə­ri üçün açıq­dır və on­lar ra­zı­laş­dıq­dan son­ra ar­tıq bir­gə ta­rix ki­tab­la­rı yaz­maq çə­tin ol­ma­ya­caq. Nə qə­dər ki, biz müx­tə­lif yer­lər­də əy­lə­şib koor­di­na­si­ya ol­ma­dan mü­ba­hi­sə­lər edə­cə­yik, or­taq məx­rəc də alın­ma­ya­caq. Mən hə­min ta­rix­çi­lə­rə üzü­mü tu­tub de­yi­rəm, or­taq ta­ri­xi­mi­zi hər kəs öz tə­rə­fi­nə çək­mək­dən­sə, ümu­mi nə­ti­cə­yə gə­lək.
- Ötən il As­ta­na “Türk dün­ya­sı­nın mə­də­niy­yət pay­tax­tı” elan olun­muş­du. Bu, Türk Aka­de­mi­ya­sı­nın fəa­liy­yə­ti­nə əla­və sti­mul ver­di­mi?
- Əl­bət­tə, bu ha­di­sə­nin bi­zim fəa­liy­yə­ti­mi­zə müs­bət mə­na­da bö­yük tə­si­ri ol­du. Bu həm də As­ta­na­nın türk dün­ya­sı coğ­ra­fi­ya­sı­nın mərk­ə­zin­də yer­ləş­mə­si­nin dər­ki idi. As­ta­na çox gö­zəl şə­hər­dir. Bu şə­hər türk döv­lət­lə­ri­nin müs­tə­qil­li­yi ilə ey­ni vaxt­da do­ğul­du. Biz he­sab edi­rik ki, ye­ni şə­hər həm də ümu­mi türk ta­ri­xi və mə­də­niy­yə­ti üçün ye­ni mü­hi­tin ya­ra­dıl­ma­sı­na bir zə­min­dir.
- Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv öl­kə­lə­rin dias­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin I Ba­kı Fo­ru­mu ilə bağ­lı fi­kir­lə­ri­ni­zi bil­mək is­tər­dik.
- Türk­lər dün­ya­nın bü­tün öl­kə­lə­rin­də ya­şa­yır­lar. On­lar nə ilə nə­fəs alır, nə haq­qın­da dü­şü­nür­lər - bun­la­rı bil­mək ma­raq­lı­dır. Əl­bət­tə, on­lar öz kök­lə­ri, və­tən­lə­ri haq­qın­da da fi­kir­lə­şir­lər. Biz də on­la­rı mə­nə­vi qi­da ilə tə­min et­mə­li­yik ki, öz kök­lə­ri­ni unut­ma­sın­lar. Tək­lif et­di­yi­miz mə­nə­vi qi­da bi­zim ümu­mi mə­də­niy­yə­ti­miz, ta­ri­xi­miz, bö­yük və zən­gin ir­si­miz­dir. Ona gö­rə də türk xalq­la­rı tez-tez bir ara­ya gə­lib ümu­mi prob­lem­lə­ri mü­za­ki­rə et­mə­li, ümu­mi ya­naş­ma­lar ha­zır­lan­ma­lı­dır. Bu ba­xım­dan Ba­kı Fo­ru­mu­nun əhə­miy­yə­ti­ni yük­sək qiymətləndirirəm.

Mehparə