Ho­tel­lə­ri­miz
   
   
“Sa­də tu­rist­lə­ri Azər­bay­ca­na cəlb et­mək üçün ilk növ­bə­də yer­li mə­də­niy­yə­ti, ta­ri­xi zən­gin­lik­lə­ri ön pla­na çı­xar­maq la­zım­dır”
 
  
   Ö­tən say­la­rı­mız­da öl­kə­miz­də fəa­liy­yət gös­tə­rən bey­nəl­xalq brend ho­tel­lə­rin baş me­ne­cer­lə­ri ilə sil­si­lə mü­sa­hi­bə­lər ha­zır­la­mış, həm­söh­bət­lə­ri­mi­zin bu sa­hə­də möv­cud və­ziy­yət və pers­pek­tiv­lər­lə bağ­lı fi­kir­lə­ri­ni oxu­cu­la­ra çat­dır­mış­dıq. “Ho­tel­lə­ri­miz” rub­ri­ka­sın­da isə mü­sa­hib­lə­ri­miz yer­li ho­tel­lə­rin baş me­ne­cer­lə­ri ola­caq­lar. Ça­lı­şa­ca­ğıq ki, tu­rizm sə­na­ye­si­nə bir də on­la­rın gö­zü ilə nə­zər sa­laq, ta­nın­mış brend ho­tel­lər­lə rə­qa­bət mü­hi­ti, nai­liy­yət­lər, prob­lem­lər, yer­li ho­tel­lə­rin bey­nəl­xalq bren­də çev­ril­mək im­kan­la­rı və s. ba­rə­də mü­la­hi­zə­lə­ri­ni din­lə­yək.
   
   Rub­ri­ka­mı­zın ilk qo­na­ğı “Qaf­qaz” ho­tel­lər şə­bə­kə­si­nə aid “Qaf­qaz Po­int” ho­tel­i­nin baş me­ne­ce­ri Da­vut Ak­ca­dır. Öl­kə­miz­də fəa­liy­yə­tə əsas apa­rı­cı tu­rizm böl­gə­miz olan Qə­bə­lə­dən baş­la­yan mü­sa­hi­bim ön­cə özü haq­qın­da mə­lu­mat ver­di.
   
   - Tu­rizm sek­to­ru­na gə­li­şim 1979-cu ilə tə­sa­düf edir. O za­man Tür­ki­yə­də tu­rizm li­sey­lə­ri ye­ni qu­ru­lur­du və mən də on­lar­dan bi­ri­nin mə­zu­nu ki­mi ho­tel­də xid­mət­çi ola­raq işə baş­la­dım. Da­ha son­ra si­fa­riş­lə­rin qey­diy­ya­tı, qə­bul şö­bə­si, ön bü­ro­da fəa­liy­yət gös­tər­dim, ça­lış­dı­ğım “Mer­ku­ri” ho­te­li­nin ge­cə mü­di­ri və­zi­fə­si­nə irə­li çə­kil­dim. Öl­kə xa­ri­cin­də ilk fəa­liy­yə­tim isə Qa­za­xıs­tan­da ol­du. Ak­tau şə­hə­rin­də məş­hur ho­tel­lər­dən bi­ri­nin açı­lı­şı­nı ger­çək­ləş­dir­dik. Ora­da mə­nim üzə­ri­mə dü­şən əsas və­zi­fə kadr ha­zır­lı­ğı ilə bağ­lı mə­sə­lə­lər idi. Al­tı aya ya­xın Qa­za­xıs­tan­da fəa­liy­yət gös­tər­dik­dən son­ra bir müd­dət Şi­ma­li Kipr Türk Cüm­hu­riy­yə­tin­də ça­lış­dım. Azər­bay­ca­na 2010-cu ilin ap­re­lin­də gəl­dim. Hə­min il Qə­bə­lə­də yer­lə­şən “Qaf­qaz Ri­ver­si­de Re­sort” ho­te­li açıl­dı. Təx­mi­nən ya­rım il ora­da kadr ha­zır­lı­ğı mə­sə­lə­lə­ri ilə məş­ğul ol­duq­dan son­ra, “Qaf­qaz Po­int” ho­te­li­nə baş me­ne­cer tə­yin edil­dim. Üç ilə ya­xın­dır ki, bu­ra­da fəa­liy­yət gös­tə­ri­rəm.
   
   Da­ha əv­vəl ün­siy­yət­də ol­du­ğum baş me­ne­cer­lə­rin də ək­sə­riy­yə­ti ho­tel­çi­li­yə ən aşa­ğı və­zi­fə­dən baş­la­yıb­lar. Doğ­ru­dan­mı bu sek­tor­da pil­lə­lə­ri qalx­maq da­ha asan­dır?
   - Bu sua­lı­nız mə­nə 2010-cu ili xa­tır­lat­dı. Biz o vaxt Qə­bə­lə və ət­raf böl­gə­lər­də ya­şa­yan gənc­lə­ri “Qaf­qaz Ri­ver­si­de” ho­te­li­nə işə də­vət edir­dik və elan ver­miş­dik. Gənc­lə­rin ma­ra­ğı yük­sək ol­sa da, işin xü­su­siy­yət­lə­ri on­la­rı bə­zən qa­ne et­mir­di, aşa­ğı iş he­sab edir­di­lər. Elə­lə­ri də olur­du ki, tə­sər­rü­fat iş­lə­ri ilə əla­qə­dar vax­ta­şı­rı ica­zə is­tə­yir­di­lər, işə qey­ri-cid­di ya­na­şır­dı­lar. On­la­ra elə gə­lir­di ki, ho­tel­də şvey­sar (qa­pı­çı) ki­mi işə dü­zə­lir­lər­sə, an­caq bu işi gör­mə­li ola­caq­lar. An­caq ho­tel işi az­say­lı sa­hə­lər­dən­dir ki, bu­ra­da hər şey bü­tün per­so­na­lın gö­zü önün­də baş ve­rir və on­lar asan­lıq­la di­gər sa­hə­lə­rin işi­ni mü­şa­hi­də et­mək­lə öy­rə­nə bi­lir­lər. Mə­sə­lən, mən özüm otaq xid­mət­çi­si­nin işi­ni sırf mü­şa­hi­də ilə öy­rən­dim. Za­man­la on­lar da öy­rən­dik­lə­ri, ma­raq­lan­dıq­la­rı iş­lə­rə id­dia edib hə­min və­zi­fə­ni tu­tur­lar. Bu həm də sek­to­run özü­nün iş-fəa­liy­yət şək­li­dir. Yu­xa­rı­da ça­lı­şan­lar aşa­ğı­la­rın işi­ni bil­mə­li­dir­lər. Şü­kür­lər ol­sun ki, biz ən çə­tin mər­hə­lə­ni ar­xa­da qo­ya bil­dik. Bu gün gənc­lər ho­tel­çi­li­yə da­ha fərq­li ya­naş­ma­ğa baş­la­yıb­lar. Bi­zim ye­tiş­dir­di­yi­miz kadr­lar brend ho­tel­lər­də ça­lı­şır­lar. Bu­nun özü fəxr­dir ki, pay­taxt­da fəa­liy­yət gös­tə­rən brend ho­tel­lər bi­zim ha­zır­la­dı­ğı­mız kadr­la­ra üs­tün­lük ve­rir­lər. O za­man gənc­lə­ri təş­viq et­mək üçün de­di­yi­miz fi­kir­lər də öz təs­di­qi­ni ar­tıq ta­pır. İşə aşa­ğı və­zi­fə­lər­dən baş­la­yan hə­min gənc­lər ar­tıq de­par­ta­ment mü­di­ri və­zi­fə­sin­də ça­lı­şır­lar.
   
   Brend ho­tel­lər möv­zu­su­na to­xun­du­nuz. Yer­li brend ki­mi rə­qa­bət­də çə­tin­lik­lə­ri­niz ol­mur ki?
   - Əv­və­la, onu qeyd edim ki, bey­nəl­xalq brend­lər Azər­bay­can ba­za­rı­na da­xil ol­ma­dan ön­cə biz ar­tıq işi­mi­zi qur­muş­duq. Ümu­miy­yət­lə, “Qaf­qaz” ho­tel­lər şə­bə­kə­si bü­tün seq­ment­lər üz­rə fəa­liy­yət gös­tə­rir. “Qaf­qaz Po­int” isə biz­nes yö­nüm­lü 5 ul­duz­lu ho­tel­dir. Bu seq­men­tin də özü­nə xas xü­su­siy­yət­lə­ri möv­cud­dur. Müş­tə­ri­lə­ri­miz əsa­sən iş­gü­zar in­san­lar ol­duq­la­rın­dan on­la­ra mak­si­mum ra­hat, sa­kit is­ti­ra­hət la­zım­dır. Bu ba­xım­dan otaq­la­rın öl­çü­lə­ri­nə gö­rə ən yük­sək gös­tə­ri­ci biz­də­dir. An­caq ba­za­rın özü­nün xü­su­siy­yət­lə­ri, müş­tə­ri qıt­lı­ğı bu seq­ment üz­rə fəa­liy­yə­tə o qə­dər də im­kan ya­rat­mır. De­mək olar ki, bü­tün ho­tel­lər ey­ni qrup müş­tə­ri uğ­run­da rə­qa­bət apa­rır­lar. Bu özü də bir mər­hə­lə­dir. Vax­ti­lə Tür­ki­yə də bu döv­rü ya­şa­yıb. Ho­tel­lə­rin baş me­ne­cer­lə­ri top­la­şıb qiy­mət­lər­lə bağ­lı ra­zı­lı­ğa gə­lir­di­lər, öz ara­la­rın­da ən aşa­ğı qiy­mə­ti, müş­tə­ri seq­men­ti­ni müəy­yən­ləş­di­rir­di­lər. An­caq elə hə­min ic­las­dan son­ra ba­zar­da ey­ni qrup müş­tə­ri uğ­run­da əv­vəl­ki qay­da­da mü­ba­ri­zə baş­la­yır­dı, bir-bi­rin­dən fərq­li qiy­mət­lər tək­lif olu­nur­du. Bu gün biz də ey­ni mər­hə­lə­ni ya­şa­yı­rıq. Ye­ri gə­lən­də bey­nəl­xalq brend on­li­ne sa­tış­lar­da aşa­ğı qiy­mət­lər tək­lif edir və ya biz bey­nəl­xalq təd­bir­lər­dən mak­si­mum çox müş­tə­ri al­ma­ğa ça­lı­şı­rıq. Bu ba­xım­dan rə­qa­bət yük­sək­dir və bu qiy­mət­lə­rə də tə­sir­siz ötüş­mür. Sa­də bir mi­sal de­yim, bu gün ho­tel qiy­mət­lə­ri iki il ön­cə ilə mü­qa­yi­sə­də xey­li aşa­ğı dü­şüb. An­caq za­man­la, müş­tə­ri sa­yı art­dıq­ca ho­tel­lər də öz seq­ment­lə­ri­nə uy­ğun müş­tə­ri­lə­ri cəlb et­mək is­tə­yə­cək­lər. Çün­ki biz­nes yö­nüm­lü ho­tel üçün is­ti­ra­hə­tə gəl­miş, əy­lən­cə ax­ta­ran müş­tə­ri­ni məm­nun et­mək çə­tin­lik­lər ya­ra­dır, müş­tə­ri­ni itir­mə­mək üçün əla­və yü­kə dü­şür. Ey­ni ilə re­sort ho­tel­də­ki ab-ha­va da iş ada­mı­nın ra­hat­lı­ğı­nı po­zur, sa­kit is­ti­ra­hə­ti­nə ma­ne olur. Bü­tün bun­lar tək­lif­lə tə­ləb ya­xın ol­duq­da öz həl­li­ni ta­pa­caq. İn­di­ki və­ziy­yət­də isə rə­qa­bət seq­ment­lər ara­sın­da yox, bü­tün ba­zar iş­ti­rak­çı­la­rı ara­sın­da ge­dir. 

   Yer­li ho­tel­lə­rin qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri də öl­kə­yə is­ti­ra­hət məq­sə­di­lə gə­lən tu­rist­lə­rin sa­yı­nı ar­tır­maq­dır. Bəl­li­dir ki, neft­lə, di­gər biz­nes la­yi­hə­lə­ri ilə bağ­lı öl­kə­yə gə­lən bir çox şir­kət­lər müəy­yən müd­dət­dən son­ra ge­də­cək­lər və tu­riz­mi­n gə­lə­cə­yi da­ha çox is­ti­ra­hə­tə gə­lən in­san­la­rın sa­yın­dan ası­lı ola­caq. Öl­kə­də ən bö­yük yer­li ho­tel­lər şə­bə­kə­si ola­raq bu is­ti­qa­mət­də han­sı iş­lə­ri gö­rür­sü­nüz?
   - Sa­də tu­rist­lə­ri Azər­bay­ca­na cəlb et­mək üçün ilk növ­bə­də yer­li mə­də­niy­yə­ti, ta­ri­xi zən­gin­lik­lə­ri ön pla­na çı­xar­maq la­zım­dır. Bü­tün böl­gə­lər üz­rə bu işin hə­ya­ta ke­çi­ril­mə­si ol­duq­ca va­cib­dir, tək­cə Ba­kı ilə ki­fa­yət­lən­mək ol­maz. Biz “Qaf­qaz” ho­tel­lər şə­bə­kə­si ola­raq əsas diq­qə­ti­mi­zi böl­gə­lə­rə ayı­rı­rıq. İs­tə­yi­rik ki, həm re­gion­lar­da tu­rizm in­ki­şaf et­sin, həm də öl­kə­mi­zə sə­fər edən tu­rist­lə­ri­miz böl­gə­lər­də­ki zən­gin­lik­lər­lə ta­nış ol­sun­lar. Şəx­sən mən ilk də­fə Azər­bay­ca­na gəl­di­yim­də İs­ma­yıl­lı­da, Qə­bə­lə­də, Şə­ki­də ol­dum. Bu yer­lər həm əs­ra­rən­giz tə­biə­ti, həm də zən­gin ta­ri­xi abi­də­lə­ri ilə ta­nı­nır. Dü­şü­nü­rəm ki, öl­kə­yə gə­lən hər bir tu­rist Şə­ki Xan Sa­ra­yı­nı müt­ləq gör­mə­li­dir. Ba­kı və ət­ra­fı­nın tu­rizm po­ten­sia­lı isə da­ha çox də­niz­lə əla­qə­li­dir. Xə­zə­rin Ba­kıət­ra­fı sa­hil­lə­rin­də cid­di tə­miz­lik iş­lə­ri apa­rı­lar­sa, müa­sir tə­ləb­lə­rə uy­ğun çi­mər­lik­lər, is­ti­ra­hət mər­kəz­lə­ri in­şa edi­lər­sə, bu da xey­li say­da tu­ris­tin is­ti­ra­hət üçün bu­ra­nı seç­mə­si­nə sə­bəb ola bi­lər. Mən şəx­sən tu­rizm üçün Ba­kı­dan çox re­gion­la­rın po­ten­sia­lı­na üs­tün­lük ve­ril­mə­li ol­du­ğu­nu dü­şü­nü­rəm. Gö­rül­mə­li iş­lər­dən ən baş­lı­ca­sı isə ix­ti­sas­lı kadr ha­zır­lı­ğı­dır. Bi­lir­si­niz ki, bu is­ti­qa­mət­də hələlik müəy­yən çə­tin­lik­lə­ri­miz var. Tu­rizm­lə məş­ğul olan öl­kə­lər­də bu is­ti­qa­mət­də bö­yük uni­ver­si­tet­lər, li­sey­lər fəa­liy­yət gös­tə­rir. Biz kadr ha­zır­lı­ğı­nı da­ha çox öz im­kan­la­rı­mız he­sa­bı­na hə­ya­ta ke­çi­ri­rik ki, bu da ki­fa­yət de­yil. Brend ho­tel­lər da­ha yük­sək maa­şa bi­zim ye­tiş­dir­di­yi­miz kadr­la­rı alır­lar və biz ye­ni kadr ye­tiş­di­rə­nə qə­dər xid­mət sə­viy­yə­si, tə­bii ki, aşa­ğı dü­şür. Bu iş­lə təh­sil müəs­si­sə­lə­ri da­ha key­fiy­yət­li şə­kil­də məş­ğul ol­sa­lar, rə­qa­bət mü­hi­ti də for­ma­laş­mış olar. Yer­li ho­tel­lə­rin bey­nəl­xalq bren­də çev­ril­mə­si də məhz yük­sək sə­viy­yə­li kadr ha­zır­lı­ğın­dan ke­çir. Mə­sə­lən, “Four Sea­sons” ho­tel­lə­ri yük­sək xid­mət key­fiy­yə­ti ilə se­çi­lən ho­tel­dir. On­lar Ba­kı­ya gə­lir­lər­sə, ən seç­mə kadr­la­rı­nı bu­ra­ya gön­də­rir­lər və işi ey­ni sə­viy­yə­də qur­ma­ğa ça­lı­şır­lar. Biz də bu yol­la irə­li­lə­mək is­tə­yi­rik­sə, pe­şə­kar kadr­lar ye­tiş­dir­mə­li­yik ki, on­lar dün­ya­nın is­tə­ni­lən nöq­tə­sin­də asan­lıq­la fəa­liy­yət gös­tə­rə bil­sin­lər.
   
   Sa­diq Mu­sa