Dörd əsrə yaxın yaşı olan və Gəncənin qədim məhəllələrindən birində yerləşən Səbiskar qəbiristanlığında 18 tarixi türbə və yüzlərlə qədim məzar var. Tarixi abidənin təmir-bərpa layihəsində məzarlığın ətrafına dövrələmə hasar çəkilməsi, məzarlıqlar arasında üfüqi sıralara asfalt örtük vurulması, yaşıllaşdırma-abadlıq işlərinin aparılması nəzərdə tutulub. Orta əsrlər memarlığı üslubunda tikilmiş qədim türbə və sərdabələr də qədimiliyi qorunub saxlanmaqla təmir olunacaq. Səbiskar qəbiristanlığında dəfn olunanlar arasında tanınmış ədəbiyyatşünas, jurnalist Abdulla Sur, yazıçı, aktyor, teatrşünas Əsgər ağa Gorani, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri, görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəylinin ailə üzvləri də var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar