Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası Lerik rayonunun Zuvandçay vadisinin sol sahilindəki Zuvandçay paleolit düşərgəsində dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşən və 600 kvadratmetrlik yaşayış sahəsi olan ərazidə arxeoloji qazıntılar aparır.
   Ekspedisiyanın rəisi, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun bildirdiyinə görə, arxeoloji qazıntılarda məqsəd ölkəmizin ərazisində daş dövrü üzrə elmi- tədqiqat aparmaqdır. Ekspedisiya tərəfindən aşkarlanmış müxtəlif növ maddi-mədəniyyət nümunələri bu yerlərdə insanların hələ 125 min il bundan əvvəldən məskunlaşaraq yaşadıqlarını göstərir. Ə.Cəfərov ərazidə tədqiqat işlərini davam etdirəcəyini, tapılmış maddi-mədəniyyət nümunələrinin isə Bakıya aparılaraq tədqiq ediləcəyini bildirib.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar