![](/img/news/700x420/8937.jpg)
Görüşdə qeyd olunub ki, rayonda vaxtilə fəaliyyət göstərmiş «Şəlalə» ədəbi birliyi uzun illərdir işinə ara verib. Ədəbi məclisin təkrar fəaliyyətə başlaması yaradıcı mühitə müsbət təsir edə bilər.
Görüşdə iştirak edən yerli yazarlar Zahir, İkram Əhmədoğlu, İftixar, Rəfael Əhmədoğlu, həmçinin Aşıq Səyyad, Aşıq İmamverdi öz yeni şeirlərini məclis əhlinin diqqətinə təqdim ediblər. Sonra aşıqlar sözə sazı da qoşaraq müxtəlif aşıq havalarını ifa ediblər.
Tədbirin yekununda yeni fəaliyyətə başlayacaq ədəbi məclisə Azərbaycan aşıq ədəbiyyatında müqtədir sənətkar kimi tanınan Miskin Abdalın adının verilməsi qərara alınıb.
Fəxriyyə