Bu gün hər birimiz fəxr edirik ki, doğma Azərbaycanımız öz müstəqilliyi ərzində böyük uğurlara, nailiyyətlərə imza atıb. 
   Bu isə qəlbi Vətən eşqilə döyünən hər kəsi ölkəmizin yüksəlişinə yeni töhfələr verməyə ruhlandırır. Müstəqillik günü ilə bağlı rayonumuzun hər yerində tədbirlər, mərasimlər keçirildi. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də bu işdən geri qalmadı.
   Kitabxanada və onun filiallarında yaradılan “Müstəqilliyimiz əbədidir” guşələri və stendləri ölkəmizin keçdiyi inkişaf yolu, dünənimiz və bu günümüz haqqında oxucularda dolğun təsəvvür yaradır. “Qalx ayağa, Azərbaycan!” adlı guşədə ayrı-ayrı şair və yazıçılarımızın doğma Vətənimiz, onun ayrılmaz hissəsi olan Qarabağımız, dürlü-dürlü nemətlər yetirən torpaqlarımız, cəsur oğullarımız, şəhidlərimiz haqqında əsərləri nümayiş etdirilir ki, bunlar da gənc oxucuların hərbi-vətənpərvərlik ruhunda yetişməsinə töhfədir. “Sən bunları bilməlisən” adlı guşə isə uşaqlar üçün təşkil edilib. Bir sözlə, rayon MKS oxucuların zəngin məlumat ocağıdır desəm, səhv etmərəm.
   
   Mübariz Səfiyaroğlu,
   Zərdab rayon MKS-nin əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar