Noyabrın 20-də Balakən Tarix-Diyarşünaslıq Muzeyində 2012-ci ilin “İdman ili” elan olunması ilə bağlı dəyirmi masa təşkil edilib. Tədbirdə rayonun tanınmış idmançıları - yunan-Roma güləşi üzrə dünya çempionu Murad Bazarov və komandalar arasında yunan-Roma güləşi üzrə Avropa kubokunun gümüş mükafatçısı Rəsul Çunayev iştirak ediblər.
   Tarix-diyarşünaslıq muzeyinin direktoru X.Mirəliyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini S.Gəncəyev, Mədəniyyət və Turizm Şöbəsinin inspektoru S.Yusifova, yazıçı-publisist T.Sultan və başqaları ölkəmizdə idmana dövlət qayğısı, Balakəndə idmanın inkişafı, əldə edilən nailiyyətlər barədə danışıblar. Sonra Rəsul Çunayev ayrı-ayrı illərdə qazandığı idman uğurlarından söz açıb, iştirak etdiyi yarışlarla bağlı təəssüratını bölüşüb.