Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli XX əsrin əvvəlləri Azərbaycan ədəbi-elmi fikrinin tanınmış simalarını, onların unudulmuş irsini tədqiq edərək ədəbi ictimaiyyətə çatdırır.
Alimin “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir” adlı yeni monoqrafiyası da bu qəbildəndir. Kitab tanınmış pedaqoq, filoloq və publisist Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” dərsliyinə (Bakı, “Kaspi”, 1912) həsr olunub. Azərbaycan və dünya ədəbiyyatı klassikləri haqqında bir çox maraqlı məlumatları əks etdirən məcmuə elmi fikir tariximizdə mühüm yeri olan mənbədir. Tədqiqatçı alim məcmuədəki əksər faktlara tənqidi yanaşaraq müəyyən paralellər aparıb.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyanın rəyçisi Əməkdar elm xadimi, akademik İsa Həbibbəylidir.
Fariz Yunisli