![](/img/news/700x420/10201.jpg)
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsini bu qədim Azərbaycan torpağının tarixinin öyrənilməsi və təbliğinə töhfə kimi dəyərləndirib.
Binada biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elmi-metodik, komplektləşdirmə, kitabişləmə və kataloqlaşdırma şöbələri, skayner otağı, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat zalı, elektron oxu zalı, arxiv və s. fəaliyyət göstərir.
Naxçıvanın tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri və mədəniyyəti, görkəmli şəxsiyyətlərinin həyatının tədqiq və təbliğ olunması mərkəzin əsas fəaliyyət istiqamətidir. Üç dildə hazırlanan “www.e-merkez.alimeclis.az” internet saytı da mərkəzlə səmərəli informasiya mübadiləsi aparmağa imkan verəcək.
Fariz Yunisli