Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı sərginin açılışı olub. Birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva xalqımızın yaddaşından silinməyəcək bu faciəni XX əsrdə törədilən ən böyük genosid adlandırıb.
   Muxtar respublikanın mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov gənc rəssamların Xocalı faciəsi mövzusuna müraciət etməsini yüksək qiymətləndiriblər.
   23 rəssamın müxtəlif mövzuda, fərqli texnikada işlənən 40 əsərinin yer aldığı sərgidə peşəkar rəssamlarla yanaşı, gənc rəssamların da əsərləri nümayiş olunur.   

  Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar