Mayın 10-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar İmadəddin Nəsimi adına uşaq incəsənət məktəbi şagirdlərinin əl işlərindən ibarət sərgi keçirilib. Sərginin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon idarələrinin, mədəniyyət və turizm şöbəsinin rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film də nümayiş etdirilib.