Astara rayon Mərkəzi kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirildi.
Tədbiri rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq 1993-cü ilin iyununda ölkəmizdə yaşanan hadisələr, vətəndaş müharibəsinin alovlandığı bir vaxtda ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı, Azərbaycanın xilası naminə gördüyü işlərdən danışdı. Qeyd edildi ki, dahi rəhbərin müdrik və qətiyyətli siyasəti nəticəsində xalqımız faciələrdən qurtuldu, müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olması təmin edildi. Dövlətçiliyimiz möhkəmləndirildi, ölkə iqtisadiyyatında bütün sahələrin inkişafının təməli qoyuldu, müstəqil Azərbaycan dünya miqyasında özünə layiqli yer tutdu. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz dinamik sürətlə inkişaf edir.
Tədbirdə Nərgiz Məhərrəmova, Növrəstə Məmmədova, Sürəyya İsayeva, Günel Hüseynova, Aytən Məmmədzadə çıxış edərək Milli Qurtuluş Gününün önəmindən danışdılar, bu günün müstəqil ölkəmizin tarixində mühüm, unudulmaz hadisə olduğunu vurğuladılar.