Tərtər rayonunun mədəniyyət müəssisələrində Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq tədbirlər təşkil edilib. Yeddiillik uşaq musiqi məktəbində balacaların əl işlərindən ibarət sərgi keçirilib. Tədbirdə məktəbin müəllim və şagird heyəti, ictimaiyyət nümayəndələri iştirak edib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov tədbirin əhəmiyyətindən danışıb və maraqlı əl işlərinə görə uşaqlara təşəkkürünü bildirib.
Dövlət Bayrağı Günü ilə əlaqədar Tərtərdəki Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunub. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində isə “Bir kərə yüksələn bayraq, bir daha enməz" adlı tədbir keçirilib. Tədbirdə bayrağımızın tarixindən bəhs edən məruzə oxunub, "Dalğalan, üçrəngli bayrağımız!” adlı sərgi nümayiş olunub. Məktəblilər və mədəniyyət işçiləri dövlət bayrağına həsr olunmuş şeirlər söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar