Xalq ya­zı­çı­sı El­çi­nin “Mə­nim se­vim­li də­lim” pye­si əsa­sın­da ey­niad­lı ta­ma­şa­nın prem­ye­ra­sı ilə öl­kə­miz ənə­nə­vi Edin­burq bey­nəl­xalq fes­ti­va­lın­da ilk də­fə təm­sil olu­nub. Səh­nə əsə­ri Lon­don­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can Cə­miy­yə­ti­nin (AZICS) və ALOFF teat­rı­nın təş­ki­lat­çı­lı­ğı, Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin spon­sor­lu­ğu ilə “Gryphon Ve­nues” teat­rın­da təq­dim edi­lib. Ta­ma­şa­da bəs­tə­kar Məm­məd Ən­sa­ri­nin mu­si­qi­si səs­lə­nib.
   Nü­ma­yiş­dən əv­vəl çı­xış edən AZICS-in səd­ri Sə­nan Əli­yev pyes haq­qın­da iş­ti­rak­çı­la­ra ət­raf­lı mə­lu­mat ve­rib, Xalq ya­zı­çı­sı El­çi­nin ya­ra­dı­cı­lı­ğın­dan söz açıb.
   Qeyd olu­nub ki, pyes­də ha­di­sə­lər 1995-ci il­də Ba­kı­da cə­rə­yan edir. Səh­nə­də müx­tə­lif per­so­naj­la­rın məz­hə­kə ele­ment­lə­ri yer alıb. İn­ti­ha­ra meyl­li, anor­mal olan bu per­so­naj­la­rın hər bi­ri öz ger­çək­li­yin­də ya­şa­yır, la­kin bu­na bax­ma­ya­raq, nə yol ilə­sə bir-bi­ri ilə dil ta­pır. Əs­lin­də, bu per­so­naj­la­rın hər bi­ri “də­li” ro­lu­na na­mi­zəd­dir. Am­ma bu alə­mə tə­sa­dü­fən düş­müş ağ­lı ba­şın­da olan ye­ga­nə adam də­li ki­mi qə­bul edi­lir.
   İz­lə­yi­ci­lər tə­rə­fin­dən ma­raq­la qar­şı­la­nan “Mə­nim se­vim­li də­lim” ta­ma­şa­sı av­qus­tun 10-dək Edin­burq bey­nəl­xalq fes­ti­va­lın­da nü­ma­yiş olu­na­caq.
   Fes­ti­val 1947-ci il­dən bə­ri ənə­nə­vi ola­raq hər ilin av­qus­tun­da Şot­lan­di­ya­nın pay­tax­tı Edin­burq­da ke­çi­ri­lir. Fes­ti­val­da dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən iş­ti­rak­çı­lar mə­də­niy­yət­lə­ri­ni və in­cə­sə­nət­lə­ri­ni təm­sil edən şou-proq­ram­la çı­xış edir­lər. Fes­ti­val­da, həm­çi­nin bir-bi­ri­nə bağ­lı ol­ma­yan ay­rı-ay­rı özəl təş­ki­lat­lar da iş­ti­rak edir­lər. Hər il mil­yon­lar­la tu­rist bu in­cə­sə­nət və mə­də­niy­yət şən­li­yin­də iş­ti­rak et­mək üçün Şot­lan­di­ya­ya axın edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar