Estoniyada soydaşımız Rauf Avşarın yaratdığı “Azərbaycan kukla teatrı” bu il 20 illiyini qeyd edir. Teatrın rəhbəri Rauf Avşar sənət ocağının yaradılması ideyasından söz açaraq deyib: “Hər şey mən kolleksiya kuklaları yaradanda başlandı. Bu kuklalar məndə tamaşalara quruluş vermək fikri oyatdı”.
Teatrın rəhbəri Rauf Avşar Gəncədə Xalq artisti Muxtar Avşarovun ailəsində anadan olub. O, 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.
Teatrın repertuarına dünya xalqlarının nağılları ilə yanaşı, Azərbaycan nağılları, o cümlədən ”Cırtdan”, ”Bağban və Şah Abbas”, “Şahın başı haradadır?”, “Ağ daşın nağılı”, “Qız qalası əfsanəsi”, habelə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında “Tacirin toyu” (“Məşədi İbad”) musiqili komediyası daxildir.
Rauf Avşar bildirib ki, son iki ildə Salyan Dövlət Kukla Teatrında bir neçə tamaşanın quruluşçu rejissoru olub.
Rejissorun sözlərinə görə, Estoniya tamaşaçısı onun yaradıcılığını rəğbətlə qarşılayır. Teatr Estoniya Mədəniyyət Nazirliyinin tərəfdaşıdır. Azərbaycan folkloruna müraciət etməyin onun üçün mənəvi borc olduğunu vurğulayan Rauf Avşar deyib: “Mən Estoniyanın və digər ölkələrin sakinlərini Azərbaycan nağılları ilə tanış etməyə, milli mədəniyyətimizi təbliğ etməyə, ona maraq və məhəbbət oyatmağa çalışıram”.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar