Fevralın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Suraxanı Rayon İcra Hakimiyyətində keçiriləcək tədbirdə iştirak edəcək. Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirdə teatrın yaradıcı heyəti Sevinc Elsevərin pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşasını göstərəcək.
Fevralın 26-da isə tamaşa teatrın öz səhnəsində nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rolları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edirlər.
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu səhnə əsərinin əsas ideyasını təşkil edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar