Yeni məkanda yeni tamaşa

Ötən aydan fəaliyyətini A.Şaiq adına Dövlət Kukla Teatrının binasında davam etdirən Dövlət Yuğ Teatrı “Çox məkanda var olmuşuq” adlı bədii kompozisiyanı təqdim edib.
Mirsahib Ağayevin quruluş verdiyi ədəbi kompozisiyada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edib. Səhnə əsəri maraqla qarşılanıb.
Teatrın direktoru Tərlan Rəsulov bildirib ki, repertuarda olan bəzi tamaşalar yeni məkana uyğunlaşdırılır, paralel olaraq bir neçə tamaşanın məşqləri gedir. Bununla yanaşı, kollektiv bir sıra layihələr üzərində də çalışır və tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcək.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar