Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət "Günay" teatr studiyası xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin 24-cü ildönümündə bu faciəni əks etdirən tamaşa-kompozisiya nümayiş etdirib.
Respublika Texniki Yaradıcılıq Mərkəzində və İstiqlal Muzeyində keçirilən tədbirlərdə nümayiş olunan "Xocalı" tamaşasında uşaqların Azərbaycan dilində səsləndirdikləri şeirlər hər bir tamaşaçını özünü sanki həmin hadisələrin içərisində hiss etməyə vadar edir. Aktyorların azyaşlı və rusdilli uşaqlardan ibarət olmasına baxmayaraq, tamaşa-kompozisiyada xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi dolğun şəkildə əksini tapıb. Səhnə əsərinin rejissoru truppanın bədii rəhbəri Larisa Tarusovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar