Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin qalibi olublar.
Studiyanın fəalları Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdindəki uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə keçirilən II beynəlxalq “Caz karuseli” müsabiqəsində uğurla çıxış ediblər.
24-29 fevral tarixlərində baş tutan müsabiqədə Azərbaycan xalq nağılları əsasında hazırlanan tamaşa-konsert (tamaşanın müəllifi “Oyuq” teatr-studiyası uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir) Qran-pri mükafatına layiq görülüb. Bununla yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasında studiyanın gənc artistləri Selcan Müseyibova və Aylin Nəcəfli 1-ci dərəcəli diplomla mükafatlandırılıblar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar