Cənubi Afrika Respublikasının (CAR) Keyp-Taun şəhərində beynəlxalq balet festivalı keçirilib.
Azərbaycanın CAR-dakı səfirliyindən bildiriblər ki, iki ildən bir təşkil olunan festivalda ölkəmizi Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov təmsil edib və müsabiqənin yekununda mükafatçılar sırasında yer alıb.
Təmsilçimiz festivalda Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən parçalar nümayiş etdirib.
Azərbaycan baletlərindən parçaları Anar Mikayılovla yanaşı, Yohannesburq şəhərində yaşayan azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi və CAR-dakı səfirliyimizin təşkilati dəstəyi ilə fəaliyyət göstərən “Yurd” rəqs ansamblının yerli solisti Tatho Nkven də ifa edib.
Qeyd edək ki, 16 ölkədən 70-dən çox balet ifaçısının qatıldığı festivalda ölkəmiz ilk dəfə təmsil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar