Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi baletin növbəti tamaşası 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, balet artistləri beynəlxalq müsabiqələrinin laureatı Lüdmila Xitrova dəvət olunub. Bir çox ölkələrdə qastrol səfərlərində olan balerina Bakı səhnəsində ilk dəfə çıxış edəcək.
Onun tərəf-müqabili Şahzadə Ziqfrdi rolunu isə Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Oleq Yeromkin ifa edəcək. Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar