Martın 10-da Teatr Xadimləri İttifaqında “Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi konfrans 10 mart - Milli Teatr Gününə həsr olunub.
Həmin gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə 143 yaşlı Azərbaycan peşəkar milli teatrının tarixinə nəzər salınacaq, teatr sənətimizin müasir inkişafından söz açılacaq. Çıxışlardan sonra böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar